Mövsümün ən yaxşı futbolçusu açıqlandı
“Goal” nəşri 2019/2020 mövsümünün ən yaxşı futbolçularını açıqlayıb.
Jurnalistlər arasındakı səsverməyə əsasən, Almaniya “Bavariya”sının və Polşa yığmasının hücumçusu Robert Levandovski mövsümün oyunçusu hesab edilib.
İkinci yerə İngiltərə “Mançester Siti”sinin və Belçika millisinin yarımmüdafiəçi Kevin de Bröyne layiq görülüb. İlk üçlüyü Argentina yığmasının və İspaniya “Barselona”sının hücumçusu Lionel Messi qapayıb.
Fransa PSJ-sində çıxış edən braziliyalı Neymar dördüncü, İtaliya “Yuventus”unun və Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldu beşinci olub.