Levandovski ilin ən yaxşı futbolçusu seçilib

Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovski Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən “Globe Soccer Awards” versiyası üzrə 2020-ci ilin ən yaxş futbolçusu seçilib.

Bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.

Mükafatlar daha bir neçə nominasiyada təqdim edilib.

Portuqaliyalı Kriştiano Ronaldo “Əsrin oyunçusu” nominasiyasında qalib gəlib, “Bavariya” nın məşqçisi Hans Diter Flik ilin ən yaxşı məşqçisi, Pep Qvardiola isə əsrin ən yaxşı məşqçisi seçildi.

İspaniyanın qapıçısı Kasillas və müdafiəçisi Jerard Pike ən yaxşı futbol karyeraları üçün mükafatlar alıb. “Real Madrid” 21-ci əsrin ən yaxşı futbol klubu, “Bavariya” isə 2020-ci ilin komandası seçilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password