Bu gecə saat 12-də qapımı döydülər – Behrudi
Doğum günümə öz kitabımı hədiyyə etmək istəyirdim. Kitabı hazırladım, amma çapı gecikdi. Ad günümə hazır olmadı.
Bunu açıqlamasında şair Rüstəm Behrudi doğum günü təəssüratlarını bölüşərkən deyib. Rüstəm Behrudi bildirib ki, haqqında bəhs etdiyi kitab ingilis dilindədir:
“Ümid edirəm ki, kitab payız aylarında işıq üzü görəcək. Bir az kecikə bilər. Doğum günümü isə ailə üzvlərimlə, bacı-qardaşlarımla birgə keçirdik. Qardaş-bacılarım gecə saat 12-də gəldilər. Ad günümü təbrik üçün gecə yarısı qapımı döydülər. Oturub dərdləşdik, bir az söhbət etdik. Sadə bir ad günü keçirirəm. Artıq 63-ü tamamladım”.
Qeyd edək ki, Rüstəm Behrudi 12 sentyabr 1957-ci ildə Ordubadın Behrud kəndində anadan olub. Mahmud Kaşğarlı mükafatı laureatıdır./kult.az/