Paşinyan İrana qarşı vuruşmuş erməni “sərkərdə”nin qəbrinə GÜL QOYDU…

“Cəmi bir gün öncə Mnatsakanyan iranlı həmkarı C.Zəriflə hər iki xalq arasındakı qardaşlıqdan, əməkdaşlıqdan danışırdı…”
“Görəsən, İran İslam(!) Respublikasının rəhbərliyi ermənilərin bu cür çoxüzlülüyünü nə vaxtsa dərk edəcəkmi?..”

Ermənistanın baş naziri Nikol Paşinyan, Nazirlər Kabineti üzvləri və erməni deputatlar  orta əsrlərdə İrana qarşı döyüşmüş bir erməni “sərkərdə”sinin  xatirə günü – qondarma “hərbi lider günü”nün qeyd olunmasında iştirak ediblər.
 Erməni mediasında yayılan məlumata görə, Paşinyan Ermənistanın Sünik bölgəsində, yəni Azərbaycanın tarixi Zəngəzur torpaqlarında- hazırkı Azərbaycan Respublikasının işğal alıtındakı Laçın rayonu ilə sərhəddə yerləşən Xınzirək kəndində “məşhur erməni sərkərdəsi” hesab olunan Mxitar Sparapetə həsr olunmuş bayram tədbirlərinə qatılıb.
Erməni baş nazir Azərbaycandan oğurlanmış zurna-balaban havaları altında keçirilən təntənəli mərasimi bir qədər öncə öz “Facebook” səhifəsində canlı olaraq işıqlandırıb. Onu Müdafiə naziri David Tonoyan, Nazirlər Kabinetinin bir neçə üzvü və deputatlar müşayiət edib. Mxitar Sparapetin qəbri yaxınlığında erməni hərbçilər “vətənlərinə sədaqət” andı içiblər. Paşinyan özü qəbir üzərinə gül dəstələri qoyub.
Qeyd edilir ki, Mxitar Sparapet – guya “erməni milli azadlıq hərəkatında görkəmli bir şəxsiyyət” olub. “1722-1725-ci illərdə David Bek Mxitar Sparapetin dəstəyi ilə Syunik və Qarabağ ermənilərinin İrana qarşı silahlı mübarizəsinə rəhbərlik edib və bu da “Şərqi Ermənistan”ın farslardan, demək olar ki, tamamilə azad edilməsinı gətirib çıxarıb.
P.S. Cəmi bir gün öncə – sentyabrın 11-də  Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İranın Xarici İşlər naziri Cavad Zəriflə telefon danışığında hər iki xalq arasındakı dostluqdan, qardaşlıqdan, əməkdaşlıqdan dəm vururdu…
 
P.P. S. Görəsən, İran İslam(!) Respublikasının rəhbərliyi ermənilərin bu cür çoxüzlülüyünü nə vaxtsa dərk edəcəkmi?..
Sultan Laçın/moderator.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password