“Respublikada bu qədər erməni hardandır?” – Başqırdıstan rəhbərliyinə namizəd

Başqırdıstan respublikasının rəhbərliyinə namizəd olan Ramila Saitova respublika ərazisində yaşayan ermənilərin təhlükə və təhdid olduğunu bildirib.

Xanım Saitova 19 iyul tarixində parkda özlərini ona qarşı aqressiv aparan erməni qadınlarına üz tutaraq deyib: “Ufada bu qədər erməni haradandır?”

O deyib: “Karine Xabirovanın erməniləri Ufada həyatdan zövq alır, başqırdlar isə Burzyanedə meşədə yanğını söndürürlər? Başqırdıstanın paytaxtı Ufaya bu qədər gənc erməni qadını haradan gəlib? Onların ataları, qardaşları və ərləri Başqırdıstanın qondarma başçısı Radi Xabirov-Avetisyan ilə birlikdə büdcəni talamırlarmı? Ufanın ali məktəblərində nə qədər erməni yerli sakinlərin haqqını yeyərək yerlərə sahib olur? Qrantları və dotasiyaları kim alır?”

22 iyul tarixində xanım Saitova daha bir video yerləşdirərək başqırd xalqının nümayəndəsi kimi Uraldan Volqanın sol sahilinə, Tobola qədər bütün ərazilərin sahibi olduğunu bildirib: “Bu torpaqların sahibi mənəm. Mənim üçün respublika – böyük bir ev deməkdir. Mən şəhərin mərkəzində rahatca gəzdiyim zaman, orada bozumtul-bənövşəyi-qara sifətli kişilər görürəm: 20-25 yaşında, çağırışçı yaşında saqqallı kişilər. Evin sahibi olaraq narahat oluram, çünki, bunun təhlükə və təhdid oduğunu başa düşürəm. Bu adamların haradan gəldiyi, hansı mənəvi sistemdə tərbiyələndiyi, niyə bura gəldiyi bəlli deyil. Amma, Başqırdıstanın çiçəklənməsi üçün gəlmədikləri aşkar görünür”.

Siyasətçi xanım erməni qadınlarından danışarkən bildirib: “Belələrinə münasibətdə “tolerantlıq” immunitetin yoxluğunu bildirən tibbi termindir. Bu, o deməkdir ki, orqanizm artıq yadmənşəli cisimləri tanımaqdan imtina edir. Bu, o deməkdir ki, onları xaric etməsən, tədbir görməsən, bu yadmənşəli elementlərdən yaxanı qurtarmayacaqsan. Bu isə ölüm deməkdir. Onları başqalarının ərazilərini işğal eləmək roluna hazırlayıblar”.

Xanım ölkənin də ev kimi qapısının, divarının olmalı oldunu bildirib: “Həmişə  işğalçı, quldur, oğru “tolerantlıq” deyə fəryad edir ki, talançılığına haqq qazandırsın”.“Onlar bizim evə daxil olub, ayaqlarını masanın üzərinə qoyaraq, soyuducularımıza hücum edən quldurlar kimidirlər. Axı bu “soyuducu”nu onlar doldurmurlar. Ramila Saitova ermənilər tərəfindən ünvanına təhdidlər gəldiyini də əlavə edib.

2018-ci il 11 oktyabr tarixində Radi Faridoviç Xəbirov Rusiya prezidenti V.Putin tərəfindən Başqırdıstan rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edilmiş, 2019-cu il sentyabrın 8-də isə onun seçkilər nəticəsində bu vəzifəyə seçildiyi bəyan edilmişdi. Onun arvadı – Karine Xəbirova Avetisyanın erməni olması ölkədə etirazla qarşılanmışdı.(hurriyyet.org)

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password