“Vaxtından əvvəl sevinmək də, ruhdan düşmək də düzgün deyil” – Əməkdar artist

Son günlər cəbhə xəttində yaşananlar, generalımızın, zabit və əsgərlərimizin şəhid olması hər kəsi səfərbər edib. Gündəmi zəbt edən mövzu ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir, vətəndaş mövqeyi sərgilənir.

Əməkdar artist Zaur Əmiraslanov da mövzuyla bağlı fikirlərini bölüşüb. O, ölkədə yaranan vəziyyətdən narahatlığını bildirib:

“Cəbhədə baş verən hadisələri hər gün izləyirəm, hamı kimi mən də narahatam. Hələ ki, nə isə demək tezdir. Düşünürəm ki, bu şou-biznes xəbərləri kimi deyil, bu mövzu haqqında vaxtından əvvəl nə isə demək, proqnoz vermək düz çıxmaz. O gün olsun qələbə çalaq. Allah şəhidlərimizə rəhmət eləsin”.

Sənətçi hər zaman Ali Baş Komandanın əmrini gözlədiyini və torpaqlarımızın qayıtmasını arzuladığını deyib:

“Biz istəyirik ki, nəticə biz tərəfdən müsbət olsun – torpaqlarımızı qaytaraq. Amma bunun hansı müstəvidə, hansı səpkidə baş verəcəyinə bizim Ali Baş Komandanımız qərar verəcək. Onun bütün qərarları mənim üçün alidir və müzakirə olunmur. Mən xoşbəxtəm ki, bizim belə Ali Baş Komandanımız var, mən ona inanıram, güvənirəm, hər zaman da yanındayam. Hazırki dövrdə gərək hər kəs ona dəstək olsun. Və vaxtından əvvəl nə sevinmək, nə də ruhdan düşmək düzgün deyil”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password