Oğuz Polis Şöbəsi rayonda özbaşınalığa şərait yaradır – MÜRACİƏT

Oğuz rayonunun Tayıflı kənd sakini Adıyev Məhəmməd Elşən oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya,Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə,Azərbaycan Respublikasının Daxii İşlər naziri Vilayət Eyvazova,Dövlət Təhlükəsiz Xidməti rəisi Əli Nağıyevə,DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübrizə İdarəsinə,Oğuz rayon Prokurorluğuna,Oğuz rayon Polis Şöbəsinin rəisinə,İnsan Hüquqları üzrə Ombudsman Səbinə Əliyevaya və mətbuat orqanlarına müraciət unvanlanıb.Müraciədə üzləşdiyi problemin həll olunması üçün vətəndaş ölkə başçısından kömək istəyir.

Aktualinfo.org vətəndaş Məhəmməd Adıyevin müraciətinə şərh verməzdən öncə, redaksiyanın elektron poçtuna göndərdiyi məktubu olduğu kimi oxucuların diqqətinə çatdırır.O,yazır:

Mən Adıyev Məhəmməd Elşən oğlu Oğuz rayonunda fəaliyyət göstərən “Bakode” mağazasından kreditlə 1 ədəd  TV və 1 ədəd telefon götürmüşdüm.Hər ay borcumu vaxtında ödəsəm də karantinlə bağlı gecikməm oldu.12 iyul 2020-ci ildə mənə zəng edib mağazaya çağırdılar.Dedilər ki, krediti niyə ödəmirsən? Dedim ki, indi yoxumdur,ancaq yaxın vaxtlarda ödəyəcəm. Sonra onlar məni zorla 2-ci mərtəbəyə ( Roman, Müşfiq və Anar adlı bu 3 qardaş Qəbələdə yaşayanlardır)  qaldırıb başladılar məni şillə-təpiklə vurmağa,döyməyə. Mən qışqırmağa başladım. Səsimə mənimlə maqazinə gələn həmkəndlim Ağayev Seymur da yanımıza gəldi. Bu zaman mən qaçıb aşağıda maşına oturdum. Onlar isə zorla məni maşından düşürüb yenə döymək istədilər. Mən DİN-nin 102 xidmətinə zəng etdim. Oğuz polisi izahat üçün məni dəvət etdi. Sonra mənim qardaşım və qohumlarım da polis şöbəsinin yanına gəldilər. Həmin vaxt həmin qardaşlar da PŞ-nın yanına gəldilər.Bizə dedilər ki, şiz çox pis yerə ilişmisiniz. Mənim qohumlarımı siz hələ yaxşı tanımırsınız. Respublikanın bütün nazirliklərində mənim qohumlarım işləyir. Qaynım da Baş Prokurorluqda işləyir. Səni öldürüb qanını da batıracam. Bir neçə vaxt bundan əvvəl həmin adamları Polis Şöbəsinə çağırıb Oğuz rayonunda kimdənsə qisas almaq məqsədilə “criminal” aləmdən kimlərisə çağırıb zakaz vermişlər.Polis bunu soruşduqda onlar boyunlarına almamışlar. Ancaq mənim dayım oğlu həmin vaxt həmin mağazində işləyirdi. Həmin çağrılan adamlardan biri də ona zəng etmişdi.

Mən yetim, kasıb bir adamam. Həmin döyüldüyüm gündən ( 12 iyul) bu günə kimi hər gün qorxumdan bir qohumun evində qalıram. Sizlərdən xahiş edirəm belə pul gücünə, hansısa imkanlı, vəzifəli qohumlarının hesabına Qəbələdən gəlib Oğuzda hegemonluq edən qardaşların əməllərinin araşdırılmasına və cəzalarının verilməsinə göstəriş verəsiniz.

Mənim döyülməyimlə bağlı həkimdən ekspert kağızım da var, şahidlərim də.

Əvvəlcədən təşəkkürümü bildiriəm.

Vətəndaş Məhəmməd Adıyevin  müraciətindən də göründüyü kimi Oğuz rayon Polis Şöbəsi bir vətəndaşın qanunla qorunan mənafeyini müdafiə etməkdə maraqlı deyil.Məlum olduğu kimi,koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından ölkədə karantin rejimi elan olunub.Karantin rejimi ilə əlaqədar ölkədə bir çox sahələrdə iş yerləri bağlanıb.Nazirlər Kabinetinin gördüyü tədbirlər içində sahibkarlara kredit götürmüş vətəndaşlara güzəştlər etmək tövsiyyə olunub.Bundan əlavə dəyən ziyana görə dövlət tərəfindən sahibkarlara yardım olunub.

Bütün bunlara baxmayaraq bir vətəndaşın krediti ödəyə bilmədiyinə görə döyülməsi,sözün əsl mənasında acınacaqlı bir haldır.Vəzifəli qohumlarına arxalanaraq vətəndaşı döyənlərə,hədə qorxu gələnlərə bu qədər arxayınçılıqla,bu qədər özbaşınalıq etməyə kimlər rəvaç verir,kimlər şərait yaradır? Oğuz rayon Polis Şöbəsində isə bir vətəndaşın müraciətinə baxılaraq yerində tədbir görülməməsi daha acınacaqlıdır. Əgər hər kiçik məsələ üçün vətəndaş müraciət edib Prezidentən,Daxili İşlər Nazirindən, Baş prokurordan hüquqlarının qorunmasına köməklik istəyəcəksə,onda Oguz rayon Polis Şobəsinin, Oğuz rayon prokurorluğunun fəaliyyəti kimə lazımdır?

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password