Estoniyanın müdafiə naziri Rusiyanı “düşmən” adlandırdı
Estoniya müdafiə naziri Juri Luik hərbi xidmətə çağırış elan edərək Rusiyanı “düşmən” adlandırıb və əsgərlərinə ölkəni “Rusiya təhdidindən” qorumağa hazır olmağa çağırıb.
Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
“Estoniyaya ölkəmizi müdafiə edə bilən və təlim keçən ordu lazımdır. Hər öyrədilmiş estoniyalı əsgər düşmənimizin hesaba aldığı bir əsgərdir”. Luik Müdafiə Nazirliyinin saytında yerləşdirilən çağırışçılara videomüraciətində deyib.
Nazir hesab edir ki, Estoniya özünümüdafiəsinin gücünü rəqiblərə göstərməlidir ki, təcavüz vəziyyətində qalib gəlmək əvəzinə uduzsunlar və ölkə müttəfiqlərin gəlişinədək özünü qoruya bilsin.
“Əlbəttə, biz şərq qonşumuzdan daha kiçikik, gücümüzlə düşmənə başa salaq ki, burnunu hər yerə soxmasın” deyib Luik.
Müdafiə Nazirliyinin başçısı xatırladıb ki, Birləşmiş Krallığın rəhbərlik etdiyi beynəlxalq NATO batalyonu Estoniyada yerləşdirilib. Onun sözlərinə görə, bu, Tallinnin və bütün Şimali Atlantika Alyansının özünü müdafiə etməsi üçün lazımdır.
“Rus təhdidi” ilə bağlı açıqlamalar vaxtaşırı Baltikyanı ölkələrin və Polşanın siyasətçilərindən gəlir. Bununla yanaşı, Moskva dəfələrlə vurğulayıb ki, Rusiya heç vaxt NATO ölkələrinə hücum etməyəcək.
Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, NATO Moskvanın kiməsə hücum etmək planlarının olmadığını yaxşı bilir, ancaq Rusiya sərhədləri yaxınlığında daha çox hərbi texnika və batalyon yerləşdirmək üçün bəhanədən istifadə edir.
Bundan əlavə, Rusiya müxtəlif ölkələrdə seçkilərə təsir göstərmək cəhdlərini dəfələrlə rədd edib və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onları tamamilə əsassız adlandırıb.(konkret.az)