Yeni dünya düzəni: pandemiyadan sonra iqtisadi sistem necə qurulacaq?

Covid-19 pandemiyası iş dünyasını alt-üst etdi. Hər işçi, hər müəssisə və hər sahə bundan təsirləndi. Yüz milonlarla iş yeri itirildi. Ehtimal olunur ki, qeyri-rəsmi çalışanlar – əksər hallarda iş hüququ və sosial müdafiəsi olmayanlar böhranın sadəcə ilk aylarında qazanclarının 60 faizindən məhrum oldular”. 
Bu fikirləri Birləşmiş Millətlər Təşkitanın baş katibi Antonio Quttereş səsləndirib. O, pandemiya dövründə xüsusən qadınların böyük təsirə məruz qaldığını bildirib. Əlavə edib ki, onlar ən çox zərər çəkən sahələrdə çalışmaqla yanaşı, artan ödənişsiz xidmətlərin də böyük yükünü daşıyırlar. Həmçinin gənclər, fiziki məhdudiyyətlilər və digərləri çox böyük çətinliklərlə üzləşirlər:
“Qlobal iqtisadiyyatın mühərriki rolunu oynayan bir çox kiçik və orta müəssisələr fəaliyyətlərini dayandırmaq məcburiyyətində qala bilərlər. Lakin bir çox şirkət dəyişən şərtlərə uyğunlaşa bilib. Məsələn, milyonlarla insan bir gecədə onlayn işləməyə, bir çox vəziyyətdə təəccüb doğuracaq müvəffəqiyyətə nail olub. Lakin ən müdafiəsiz olanlar daha müdafiəsiz olma riski ilə qarşı-qarşıyadır və kasıb ölkələr və cəmiyyətlər daha da geridə qalma təhlükəsi ilə üz-üzədirlər. Üç cəbhədə fəaliyyətə keçəməliyik. Birincisi risk altında çalışan insanların, müəssisələrin fəaliyyətlərini davam etdirə bilmələri üçün təcili dəstək göstərilməlidir. İkincisi təhlükəsiz iş yerləri və risk altında çalışan qadınlar üçün məhdudiyyətlərdən sonra səhiyyə və iqtisadi fəaliyyətlərə daha çox diqqət ayrılmalıdır. Üçüncüsü isə hər kəs üçün layiqli iş yerləri açmaq məqsədilə yeni texnologiyaların potensialından istifadə edərək, şirkətlərin və işçilərin bu dövrə adaptasiya etdikləri yaradıcı və müsbət yolları əsas götürən insan mərkəzli, yaşıl və davamlı, inklüziv bir bərpa üçün səfərbər olmalıyıq”.
Quterreş böhrandan sonrakı normallaşma prosesi haqda bir sıra fikirlərin olduğunu da diqqətə çatdırıb. Ancaq COVİD-19-dan öncə də dünyanın normaldan uzaq olduğunu da xatırladıb:
“Artan bərabərsizliklər, sistemli cinsi ayrıseçkilik, gənclər üçün fürsətlərin əksikliyi, durğun maaşlar, iqlim dəyişikliyi – bunların heç biri normal deyildi. Pandemiya olduqca böyük çatışmazlıqları üzə çıxardı. İş dünyası bundan sonra artıq əvvəlki kimi görünə bilməz və görünməməlidir də. Yaşıl, əhatəli və möhkəm sistemə dayanan layiqli iş yerlərinin qurulması üçün korrodinasiyalı şəkildə qlobal, regional və milli səylər göstərməyin vaxtıdır. Davamlı İnkişaf üçün 2030 Gündəliyi sayəsində bu böhrandan daha güclü, daha yaxşı işlər və hamı üçün daha parlaq, bərabər və yaşıl bir gələcəklə ortaya çıxa bilərik”.(qaynarinfo)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password