Türkiyə ordusu 700-dən çox hədəfi məhv etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalında icra edilən “Pəncə-Qaplan” əməliyyatı başlanandan bəri 700-dən çox hədəfin vurulduğunu bildirib.

Türkiyə mətbuatı xəbər verir ki, H.Akar və TSQ komandirlər heyəti “Pəncə-Qaplan” əməliyyatını gecəboyu sərhəd hərəkat mərkəzindən idarə edib və neytral zonadan Siyah Qaya hərbi bazasına gedərək əməliyyat bölgəsini yerində araşdırıblar.

Milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi general Yaşar Gülər, quru qüvvələri komandiri general Ümit Dündar, hava qüvvələri komandiri general Həsən Küçükakyüz, dəniz donanması komandiri admiral Adnan Özbal və İkinci Ordu komandiri general-leytenant Sinan Yayla ilə birlikdə sərhəd bölgəsində araşdırma və nəzarət görüşləri keçirib.

Gecə boyu ərazidəki son vəziyyəti yaxından təqib edən H.Akar Pəncə-Qaplan əməliyyatının planlandığı kimi müvəffəqiyyətlə sürdüyünə diqqət çəkərək deyib:

“Bu ana qədər terrorçuların yuvalarına, mağaralarına girdik, bunları başlarına yıxdıq və belə də davam edəcək. Əməliyyat başlanandan bəri təxminən 150 mağara basmış, qurduqları 160 əl qumbarası və mina məhv etmiş, çox sayda silah-sursat ələ keçirmiş, hava və qurudan 700-dən çox hədəfi vurmuşuq.”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password