Monitorinq keçirilmiş 150 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyunun 19-da keçirilən monitorinqlərdə Binəqədi rayonunda “Sənan market”də, “Vanilla cake” mağazasında, “Aysel kafesi”ndə, Amil Səfərova məxsus “Ərzaq mağazası”nda, Yasamal rayonunda “Al Market”də, “Tava restoranı”nda, Eldəniz Səfərova məxsus “Geyim mağazası”nda, Xətai rayonunda “Avsar kafesi”ndə, Elxan Hüseynova məxsus “Ət satışı” mağazasında, Əşrəf Abışova məxsus “Çayxana”da, Səbail rayonunda Rəşad Rəhimliyə və Elvin Həmidova məxsus “Market”lərdə, Gəncə şəhərində “Merinos Xalı” mağazasında, “Ayxan” marketdə, Elvin Abbasova məxsus “Dönərxana”da, Yevlax rayonunda “Xırdavat mağazası”, “Kontakt Telekom”, “Telecom Telefon mağazası” ticarət obyektlərində, “Fujifilm Foto Studio”da, “Aptek Dokta”da, Lənkəran rayonunda Fəxrəddin Əzizova, Hafiz Məmmədova və Ramiz Xamiyevə məxsus mağazalarda, Ağdam rayonunda “Ağdam Market”də, Taliyyə Nağıyevaya məxsus “Lazer epilyasıyası” xidmət obyektində, “Zeytun” MMC-yə məxsus “Aptek”də, Qusar rayonunda “Sibirskoye zdorovye” kosmetika və parfümeriya satışı mağazasında, Tamara Dadaşbalayevaya məxsus “Kafe”də, Ağsu rayonunda “1000 Cür Xırdavat”, “Parça satışı” mağazalarında, “Seyrangah” ictimai iaşə obyektində, “Aptek Zeytun 5”də, ümumilikdə monitorinq keçirilmiş 372 obyektdən 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 22-dən iyunun 20-dək monitorinq aparılmış 7546 sahibkarlıq subyektindən 3285-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password