“Uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər” – TƏBİB

Azərbaycanda koronavirusa yoluxan asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı protokollar hazırdır.

Bunu açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

V. Əliyev qeyd edib ki, imkan çatdıqca koronavirusa yoluxan xəstələrin evdə deyil, xəstəxanalarda müalicəsinə çalışmaq qarşıya məqsəd qoyulub: “Çünki xəstənin həkim və ailə üzvlərinin nəzarətində olması fərqli hallardır. Təbii ki, ilk günlərdə asimptomatik vəziyyətdə olan xəstələrin də kliniki vəziyyəti sonradan gələcəkdə ağırlaşa bilər. Bu zaman həmin xəstələr xəstəxanada olmadığına görə onların durumlarının daha da ağırlaşması ehtimalı var. Buna görə imkanımız çatana qədər asimptomatik, yüngül formada olan xəstələrin də xəstəxanada müalicəsinin tərəfdarıyıq ki, ölüm riski aşağı düşsün. Amma gələcəkdə xəstəlik daha çox vüsət alarsa və artıq formada xəstələr xəstəxanaya yerləşdirildikdən sonra çarpayı çatışmazlığı olarsa, o zaman yüngül formada olan xəstələr evdə olacaq və onlara sahə həkimi tərəfindən ambulator tibbi xidmət göstəriləcək. Bununla bağlı protokollar hazırlanıb və son olaraq gözdən keçirilir. Belə davam etsə, iki günlük sərt karantin nəticə verməzsə, yoluxma artarsa, asimptomatik xəstələrin evdə müalicəsinə, o cümlədən uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər. Asimptomatik xəstələrə Avropa və digər ölkələrdə bu cür xidmət göstərilirdi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password