ABŞ Rusiyanın Haftara dəstəyini faktlarla isbat edib

 Liviyaya qiyamçı general Haftara yardım üçün göndərilən rus muzdluların cəbhədəki videoları ilk dəfə yayılıb.

Həftər yaraqlıları tərəfindən Tripoli ətrafına döşənmiş minaları Türkiyə hərbçiləri təmizləməyə başlayıb. İndiyə qədər Liviyada partlamış minalar 27 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Liviya ordusu hal-hazırda Sirtedə Həftər milislərini mühasirəyə alıb. Şəhər ətrafından arabir partlayış səsləri gəlir, Həftər yaraqlıları raketlərlə vurulur. Liviya ordusu döyüş meydanından Həftər yaraqlılarına məxsus Mi-35 vertolyotu ələ keçirib.

Yerli mənbələr Həftər tərəfində döyüşən rusiyalı muzdluların – “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin göründüyü videonu ilk dəfə paylaşıb. Moskva hökuməti Vazner şirkətinin fəaliyyətini inkar edir. Tripoli qiyamçılardan təmizlənəndən sonra Vaqner muzdluları da bölgədən geri çəkiliblər. Ötən həftələrdə Rusiya Həftəri dəstəkləmək üçün bölgəyə hərbi təyyarələr göndərmişdi.

ABŞ isə gözlənilən həmləni etməkdədir. Birləşmiş Ştatlar general Həftərin təyyarəsinin ötən həftə Venesuelanın paytaxtı Karakasa endiyi iddiaları ilə bağlı istintaqa başlayıb. “Röyters” agentliyinin məlumatına görə, ABŞ XİN Yaxın Şərq Bürosunun baş katibinin köməkçisi Devid Şenker öz açıqlamasında ABŞ ilə BMT-nin sanksiyalarının Tripoli hakimiyyətinə tabe olan Liviya Milli Neft Şirkətindən xaricə neft xaric edənlərə də aid olduğunu vurğulayıb.

Venesuela müxalifətinin başçısı Xuan Quaydo ötən həftə Həftərin özəl təyyarəsinin Karakasa endiyini bildirmişdi. Təyyarədə Həftərin olub-olmadığına dair dəqiq məlumat yoxdur.

Liviyada son günlərdə baş verən döyüşlər Sirte qarşısında güclənib. Türkiyənin dəstəklədiyi Liviya ordusunun Sirteyə çatdığını yazan “Assoşieyted Press Agentliyi” Aralıq dənizi sahilindəki şəhərin xilas edilməsindən sonra şərq qapısının tamamilə açılacağını yazıb.

Amerika ordusu yeni fotolarla Rusiyanın Liviyaya hərbi təyyarələr göndərdiyini rəsmən bəyan edib. ABŞ Afrika Komandanlığı (AFRICOM) həmin təyyarələrin muzdlu Vaqner qrupuna dəstək üçün Suriyadan Liviyaya uçduğunu bildirib. Açıqlamada deyilir: “Rusiya təyyarələri Rusiyadakı bir hava bazasından gəlib Rusiya mənşəli olduğunu gizlətmək üçün Suriyada yenidən boyanaraq Liviyaya keçib”. Açıqlamada Rusiyanın uzun müddət ərzində Liviyada oynadığı Rolu inkar elədiyini, lakin indi bunu inkar etməyəcəyi deyilir. AFRICOM komandanı general Stiven Taunsend Liviyada baş verənləri belə izah edib: “Rusiya uzun müddət Liviyadakı döyüşlərə müdaxiləsinin miqyasını inkar eləsə də, artıq inkar yoxdur. Rusiya dördüncü nəsil hərbi təyyarələrini oraya göndərəndə addım-addım izlədik. Rusiyanın dövlət dəstəyi olmadan nə Həftər qüvvələri, nə də özəl hərbi şirkətlər o təyyarələri silahlandırıb istifadə edə bilməz. Dünya Həftərin bir hava əməliyyatı həyata keçirəcəyini elan elədiyini eşitdi. Bu hücum Rusiyanın muzdlu pilotlarının liviyalıları bombalamaq üçün istifadə elədiyi Rusiya təyyarələri ilə ediləcək”.

ABŞ Avropa və Afrika Hava Qüvvələrinin komandanı general Ceffri Harriqyan Rusiyanın sonrakı addımlarını nəzərdə tutaraq deyib: “Rusiya Liviya sahilindəki bazaları ələ keçirsə, bir sonrakı addımı uzunmənzilli Keçidi Bağlama və Məkan Hakimiyyəti (A2AD) silahlarını (hava müdafiəsi sistemlerini) oraya yerləşdirmək olacaqdır. Həmin gün gəldiyi zaman Avropanın cənub qanadı üçün böyük bir təhlükəsizlik təhdidi yaranacaqdır”.(hurriyyet.org)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password