Levandovski “Qızıl buts” mübarizəsində vahid lider oldu – SİYAHI
Almaniya “Bavariya”sının futbolçusu Robert Levandovski “Qızıl buts” uğrunda mübarizədə vahid liderə çevrilib.
Polşalı hücumçu “Fortuna” ilə Bundesliqanın XXIX tur matçında dubl edərək, qollarının sayını 29-a çatdırıb. O, İtaliya “Latsio”sunda çıxış edən ən yaxın izləyicisi Çiro İmmobileni 2 top geridə qoyub.
1. Robert Levandovski (“Bavariya”, Almaniya) – 29 qol (58 xal)
2. Çiro İmmobile (“Latsio”, İtaliya) – 27 (54)
3. Timo Verner (“Leyptsiq”, Almaniya) – 24 (48)
4. Erlinq Holand (“Borussiya” Dortmund, Almaniya) – 26 (44)
5. Kriştianu Ronaldu (“Yuventus”, İtaliya) – 21 (42)
6. Lionel Messi (“Barselona”, İspaniya) – 19 (38)
7. Ceymi Vardi (“Lester”, İngiltərə) – 19 (38)
8. Kilian Mbappe (PSJ, Fransa) – 18 (36)
9. Vissam Ben-Yedder (“Monako”, Fransa) – 18 (36)
10. Romelu Lukaku (“İnter”, İtaliya) – 17 (34)
Qeyd edək ki, Erlinq Holandın mövsümün ilk yarısını keçirdiyi “Zaltsburq”da qol sayı 16, Dortmund “Borussiya”sında 10-dur. Avstriya Bundesliqasında qol əmsalı 1,5-ə, Almaniyada isə 2-yə bərabərdir. Bu səbəbdən, üst-üstə 26 qol vurmasına baxmayaraq, norveçli hücumçunun qol əmsalı 44-dür.