Məhkum dələduz bu dəfə də hakimi ələ ala biləcəkmi? – Prezidentə müraciət
Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu, Həmidzadə Təhmasib Məmməd oğlu, Abdurahmanov Anar Altay oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,Prezident Administarasiyasının rəhbəri Samir Nuriyevə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə,Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova,Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə,Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurası sədrinə və bir çox hüquq mühafizə orqanlarını rəhbərlərinə dələduz Əliyev Elvin Gündüz oğlunun barəsində verdikləri çoxsaylı şikayətlər əsasında məhkumun şərti cəzasının həbslə əvəz olunması barədə Nəsimi rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətini təmin etdirmək üçün dələduz tərəflə hakim arasındakı gizli sövdələşmənin dərhal qarşısının alınması barədə daha bir müracət ünvanlanıb.Qeyd edək ki, Aktualinfo.org bundan bir neçə ay əvvəl də sözügedən şikayətçilərin müraciətlərini geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Aylardır məmur özbaşınalıqları səbəbindən üzləşdikləri problemin həllinə nail ola bilməyən şikayətçilər yazırlar.
Biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən Əliyev Elvin Gündüz oğlu tərəfindən aldadıldığımızı sonradan bilmişik.Bizə sonradan məlum olub ki, 2018-ci ilin dekabrın 5-də CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il şərti cəza almış, “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi olan Əliyev Elvin Gündüz oğlu bizə vədlər verməklə 32000 manat pulumuzu ələ keçirmişdir. Məsələ barəsində verdiyimiz şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İstintaq Şöbəsində aparılan 3 aylıq İstintaq araşdırması zamanı təqdim etdiyimiz çoxsaylı sübutedici sənədlər araşdırldıqdan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Firdövsi Nəsirov 27 dekabr 2019- cu il tarixində E. Əliyev barəsində AR CM-nin 178.2.4 maddəsi üzrə yenidən başlanmış 190090379 N-li cinayət işi icraata götürülmüşdür. Lakin dələduz E.Əliyev bu günədək istintaqdan yayınmışdır. 14 fevral Nəsimi Rayon Məhkəməsinin E.Əliyevin şərti cəzasının həbslə əvəz edilməsi barədə qərar qəbul etmişdir.
Axtarışa verilən E.Əliyev 6 aprel 2020-ci ildə Nəsimi Polis İdarəsinin 19-cu PB-si əməkdaşları tərəfindən saxlanılmış və 11 apreldə hakim qarşısına çıxarılmışdır. Məhkəmə məşhur dələduz E.Əliyevə 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilmə ilə bağlı hökm elan edilmişdir. Xatırladaq ki, E.Əliyevin atasının bizə dediyinə görə bizim 4 nəfərdən ibarət zəzərçək qrup Elvinin “borcun qaytarılması” siyahısında 19-cudur.
Hazırda bu dələduz dəstənin verdiyi məlumata görə E.Əliyevin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatındadır. Və məhkəmə prosesi 31 may, saat 11-00-a təyin edilmişdir. Hazırda E.Əliyevin yaxın adamları vəkillərinin vasitəçiiliyilə hakimə təsir etmək üçün yollar axtarışındadırlar. Onlar topladıqları rüşvət hesabına məşhur dələduzu həbsdən azad etməyə çlışırlar. Necə ki, bu işi 11 dekabr 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin vicdansız hakimini ələ almaqla CM-nin 178.3.2 maddəsilə 300000 dollar pulu dələduzluq yoluilə ələ keçirmiş E.Əliyevin cəzasını 3 il şərti cəza ilə azadlığa buraxdırmışlar. İndi də həmin E.Əliyevin yaxın qohumlarından olan dəstə Bakı Apellyasiya məhkəməsinin hakimini rüşvətlə satın alıb, cəmiyyət üçün təhlükəli dələduzu yenidən dövriyyəyə buraxmaq istəyirlər.
Hal hazırda Binəqədi RPİ, Yasamal RPİ çoxsaylı şikayətlər əsasında dələduz E.Əliyev istintaqa cəlb edilmək üçün axtarılır.
Çoxhörmətli Prezident İlham Əliyev və Ədliyyə naziri cənab Fikrət Məmmədov!
Hesab edirik ki, Biz və bizim kimi onlarla günahsız şəxslərə dələduz Elvin Əliyev tərəfindən vurulmuş maddi ziyanların qarşılığında bu şəxsin təklif etdiyi külli-miqdarda rüşvətin hesabına azadlığa çıxma şansının böyük olduğunu nəzərə alaraq Sizlərdən xahiş edirik: Bakı Apellyasiya Məhkəməsində hakim V.Mursaqulovun sədrliyilə başlayacaq dələduz E.Əliyevin apellyasiya şikayətinin ədalətlə keçirilməsini şəxsi nəzarətiniz altında saxlayasınız ki, dələduz dəstənin təhlükəli rəhbərinin rüşvət hesabına azadlığa çıxmasının qarşısı alınsın. Əvvəlcədən təşəkkürlər.
Aktualinfo.org