Kəmaləddin Heydərovun içində olduğu maşın qəza törətdi- VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.

Yayılan videolardan görünür ki, “Mercedes”in sürücüsü qırmızı işıqda keçib. Nəticədə, qəza baş verib.

Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.

Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar.

 Qeyd edək ki, Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən baş verən qəzadan sonra danışıb. Nazir Unikal.org-a açıqlama verən nazir hər şeyin qaydasında olduğunu bildirib:

“Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz.

Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.

Aktualinfo.org
5

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password