DTX Biləsuvar İcra Hakimiyyətinin binasına girdi – Yenilənəcək

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

Aktualinfo.org “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Qeyd edək ki, Biləsuvarın icra hakimiyyətinin DTX tərəfindən həbs olunan başçısı Mahir Hacı oğlu Quliyev 1958-ci ildə Kəlbəcərdə anadan olub. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə işləməyə başlayıb, daha sonra hərbi xidmətə gedib və qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib  və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib. 2011-ci ilin aprelində isə Biləsuvara başçı təyin olunub.

Artıq icra başçısı və bir neçə müavininin  saxlanılaraq Bakıya gətirildiyi bildirilir

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password