Türk ordusu inanılmazı bacardı: Əsədin itkiləri açıqlandı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbində gerçəkləşdirdiyi “Bahar qalxanı” əməliyyatı planlaşdırıldığı şəkildə davam edir.

Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, bu günə qədər rejimə aid 2 döyüş təyyarəsi, 2 Silahlı Uçuş Aparatı, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi, 86 top/ÇNRA, 16 tank əleyhinə top, 77 zirehli piyada döyüş maşını, 12 tank əleyhinə raket, 4 səhra topu, 44 raket atıcısı, 73, hərbi avtomobil, 24 zirehli avtomobil, 9 silah anbarı, 2 idarəetmə mərkəzi, 29 ədəd təyyarə əleyhinə raket quraşdırılmış yük maşını, 2 min 557 rejim əsgəri məhv edilib.

Bununla yanaşı, Suriya müxalifləri 3 kəndi rejim qüvvələrindən azad edib, strateji Cəbəl Zaviyə bölgəsində nəzarəti ələ keçirib.

H.Akar bildirib ki, Türkiyənin Rusiyadan yeganə tələbi öhdəliklərini yerinə yetirməsidir: “Rusiya rejimin hücumlarını dayandırması, Soçi memorandumu çərçivəsində müəyyən edilmiş sərhədlərə geri çəkilməsi üçün təsir imkanlarından istifadə edə bilər. Rusiya ilə müzakirələr davam edir. Dəfələrlə ifadə etdiyimiz kimi, Rusiya ordusu ilə qarşı-qarşıya gəlmək kimi düşüncəmiz yoxdur. Bizim tək istəyimiz Suriyada qətliama son verilməsi, radikallaşma və kütləvi məcburi miqrasiyanın qarşısının alınmasıdır. Bildiyiniz ki, 27 fevraldakı mənfur hücumlardan sonra “Bahar qalxanı” hərəkatı başlayıb”.

Qeyd edək ki, İdlibin cənubu, Həma ətrafı və Hələbin qərbində şiddətli döyüşlər davam edir.(publika.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password