Suraxanı İcra Hakimiyyətində 330 saylı bağçaya himayədarlıq edən kimdir?

Paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən 330 saylı körpələr evi- uşaq bağçasının fəaliyyəti ilə bağlı valideynlər tərəfindən redaksiyamıza narazılıqlarla dolu məlumatlar verilib.

Aktualinfo.org- a verilən məlumatlara görə körpələr evi-uşaq bağçası Azərbaycan Respublikasının qanunları ilə deyil, bağçanın müdiri Gülşən Hüseynovanın istəkləri ilə idarə olunur. Verilən məlumatlara görə xanım müdirin özbaşınalığı o həddə çatıb ki, uşaqların soyuq havalarda bağçaya gətirilməsinə qadağa qoyub. Fevral ayının 9-10-11 havaların soyuq keçməsi ilə əlaqədar Gülşən Hüseynovanın göstərişinə görə uşaqlar bağçaya buraxılmayıb.Məlumata görə 7 qrup olan bağçada soyuq havada yalnız bir qrup olub ki, yaşından asılı olmayaraq hamısını bir yerə yığıblar. Bunun nə ilə əlaqadər olmasıni,baxçada istilik sisteminin olmaması,və yaxud başqa bir səbəbin olduğu barədə valideynlərə heç bir məlumat verilməyib . Qeyd edək ki,330 saylı körpələr evi-uşaq bağçası yeni istifadəyə verilmiş bir məktəbəqədər təhsil müəssisəsidir. Tam təmirlidir,istilik sistemi və zəruri avadanlıqlarla təchiz edilib. Bağça fəaliyyətə başlayandan,yəni 2007-ci ildən müdir işləyən Gülşən Hüseynovanın tətbiq etdiyi qaydalara valıdeynlər çox zaman göz yumsalar da, son əməlləri ilə bağlı şikayət etmək məcburiyyətində olduqduqlarını bildiriblər. Valideynlər iddia edir ki, direktor Gülşən Hüseynova hər uşağa görə onlardan 30 manat pul tələb edir. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış olduğu yeni qrupa yığır. Valideynlər arasında “Kasıblar qrupu” adlandırılan qrupda uşaqların yaşı fərqli olsa da, bütün uşaqlar eyni dərsi keçir. Bu da onların təhsil səviyyələrinə mənfi təsir göstərir.

Məlumat verən şəxs bildirir ki, bağçanın müdiri Gülşən Hüseynova dövlət büdcəsindən maliyyələşən müəssisəni şəxsi əmlakı kimi idarə edir. Bu uşaq bağçasında şıdırğı pul yığımı bilirsinizmi nə vaxt gedir? Uşaqların bağçalara qəbulu zamanı bağçanın qapılarına yazılır ki, qeyqiyyat yoxdur. Amma hər uşağa görə, valideyinlərdən 250-300 manat alındıqdan sonra qəbul olunur. Hər uşağa görə isə valideynlərdən ayda isə 30 manat pul alınır. Bundan başqa, müxtəlif bayram tədbirləri ilə əlaqədar olaraq da uşaqlardan pul yığılır. Məsələn, qarşıdan 8 Mart qadınlar və  Novruz bayramlarıı gəlir. Bu məqsədlə bağça müdiri hər uşağın valideynindən 30 manat yığılması barədə işçilərinə tapşırıq verib. Söylənilənlərə görə Gülşən Hüseynova üçün valideynlərin pulunun olub,olmaması maraqlı deyil. Hamı bir nəfər kimi müdirin istəklərini yerinə yetirməlidir. İddialara əsasən, bu bağça müdiri dövlətin uşaqlar üçün ayırdığı ərzaq məhsullarına da göz dikir.

Məlumatlara görə Gülşən Hüseynova Suraxanı rayon İcra Hakimiyyəti başçısının adını hallandırmaq istəmədiyimiz bir müavininə arxayın olaraq uşaq bağçasında istədiyini edir. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan və paytaxdakı uşaq bağçalarına birbaşa nəzarət funksiyasını yerinə yetirən Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində də məlumatlara görə Gülşən Hüseynovanın adamları var. Sözügedən idarənin müdiri Eldar Yunusovun Suraxanı rayonundakı 330 saylı körpələr evi-uşaq bağçasında baş verənlərə nə kimi münasibət bildirəcək. Bu haqda növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password