Keçmiş polis mayoru cinayət məsuliyyətindən hələ də yayınır – Bakı şəhər Prokurorluğuna müraciət

 Bakı şəhəri, Səbayıl rayonu, 6-cı mədəndə yaşayn Elşən Məmmədov və  Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində yaşayan Zaur İsmayılov  tərəfindən Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri  Azər Əsgərova müraciət ünvanlanıb.
Müraciətdə onlara qarşı törətdiyi dələduzluq əməlinə görə 1 ay 8 gün əvvəl nazirin əmri əsasında DİN-dən xaric edilmiş Binəqədi RPİ-nin əməkdaşı , polis mayoru olmuş Mehrəliyev Elçin Nüxrət oğlu və onun  arvadı kimi qələmə verdiyi Firuzə Şirəliyevadan ibarət dələduz dəstənin onların etimaddan süi-istifadə edərək pullarını ələ keçirməsindən və bu günə qədər qaytarmamasında şıkayət ediblər.Xatırlatmaq istərdik ki,Elşən Məmmədov və Zaur İsmayılovun şikayəti Aktualinfo.org vasıtəsilə ictimailəşdirildən sonra polis adına ləkə gətirən əməllərinə görə Elçin Mehrəliyev Daxili İşlər Naziri Vilayət Eyvazovun əmri ilə sistemdən xaric edilmişdi. Lakin buna baxmayaraq o bu gün də dələduz əməllərini davam etdirməkdə, vətəndaşların pulunu verməməklə cinayət məsuliyyətindən yayınmaqdadır. Aktualinfo.org vətəndaşların Bakı şəhər prokurorunun müavininə ünvanladığı şıkayəti olduğu kimi oxuculara təqdim edir.

  Hörmətli Azər müəllim, Əvvəlcə xatırlatmaq istərdik ki, Binəqədi RPİ-nin Kriminalistika Şöbəsinin əməkdaşı olmuş, polis mayoru Mehrəliyev Elçin Nüxrət oğlu və onun  arvadı kimi qələmə verdiyi Firuzə Şirəliyevadan ibarət dələduz dəstənin  bizə qarşı etdiyi dələduzluq hərəkətinin qarşısının alınması üçün 1 avqust, 1 sentyabr və 14 sentyabr 2019-cu il tarixlərdə direktiv orqanlara  etdiyimiz müraciət əsasında aidiyyatı üzrə Nərimanov rayon Prokurorluğunda, Bakı Baş Polis İdarəsində və DİN-nin Təhqiqat İdarəsində araşdırmalar aparılmışdır. Polis mayoru E.Mehrəliyevin qulluq mövqeyindən süi-istifadə edərək bizə və bizim kimi digərlərinə qarşı törətdiyi aldatma yolu ilə mənimsədiyi iri məbləğli pullarımıza bağlı  DİN-də aparılan daxili təhqiqat zamanı yazdıqlarımızın hamısı sübuta yetirildiyinə görə E.Mehrəiyev öz qanunsuz əməllərinə görə polisin adına ləkə gətirdiyinə görə  cənab nazirin əmrilə DİN-dən xaric edilmişdir. Bakı Baş Polis İdarəsində isə bu şəxsi intizam məsuliyyətinə cəlb etmişdir. Nərimanov rayon Prokurorluğuna da təqdim etdiyimiz səs yazıları, sənədlərə baxmayraq 80 günlük araşdırmadan sonra cənab prokuror Vüqar Əliyevin imzaladığı cavab məktubunda bildirilir ki, qaldırdığınız məsələ mülki xarakterlidir və məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Nərimanov rayon prokurorunun əsassız cavab məktubuna qəti etirzımızı bildirərək haqlı şikayətimiz əsasında DİN-dən qovulmuş E.Mehrəliyev və dəstəsi barəsində düşzgün araşdırma aparılaraq hüquqi qiymətin verilməsi üçün şikayətimizin Bakı Şəhər Prokurorluğunda araşdırlmasını cənab Prezidentdən və Baş prokuror cənab Zakir Qaralovdan yazdığımız 28 oktyabr 2019-cu il tarixli şikayətimizdə  xahiş etmişdik.

Polis mayoru olmuş E.Mehrəliyevin bizə və digərlərinə qarşı törətdiyi qanunsuz əməllər sübuta yetirildiyinə görə onun vəzifəsindən, işindən qovulması barədə cənab nazirin əmri bir daha sübut etmişdir ki, sabiq polis  bizə qarşı dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində də dələduzluq əməli cinayət hesab olunur.Ona görə də bir daha Sizdən  xahiş edirik ki,   polis mayoru olmuş Elçin Mehrəliyev tərəfindən dələduzluqla mənimsənilmiş 15000 manat və 30500 manat pulmuzun qaytarılmasında köməklik göstərəsiniz.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password