MSK bu dairələrin nəticələrini ləğv etdi

MSK bu günkü iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.

Aktualinfo.org xəbər verir ki, qərar həmin dairədən deputatlığa namizədlər – Hikmət Şirinov və Razim Əmiraslanovun müraciəti əsasında qəbul olunub.

Bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir.

Beləliklə, məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Çingiz Qənizadə Rövşən Rzayevin yerinə seçiləsi olmadı - ÖZƏL

Xatırladaq ki, MSK-ın ilkin açıqladığı nəticələrə görə, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib:

“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin , 30 seçki məntqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nətciələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib/Report.

Xatırladaq ki, MSK-nın ilkin nəticəyə görə bu dairədən qalib Raif Arifolu olub.

 

MSK-nın bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, bir çox materaillara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib:

“Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Qanunvericiliyin tələblərinə uyğun olmayıb. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarısz sayılan məntqələrin sayı 27-dir.

İclasda həmin dairənin 27 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.

Qeyd edək ki, bu dairədən Hadə Rəcəbli qlaib elan olunmuşdu.

MSK 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib: “Ümumilikdə məntqələrin sayı isə 40-dır”.

İclasda həmin dairənin 21 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.

Xatırladaq ki, bu dairənin lider namizədi YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov idi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password