ABŞ Qarabağ münaqişəsinə niyə ədalətli yanaşmır?

“Erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz. Bu tək Amerikaya aid deyil, münaqişənin həlli ilə məşğul olan digər iki həmsədr dövlət – Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni “qətnaməyə” səs veriblər”.

Aktualinfo.org xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib.

Картинки по запросу Dağlıq Qarabağ

ABŞ Senatında “erməni soyqırımı” qətnaməsinin təsdiq olunmasını şərh edən politoloq bildirib ki, bu, gözlənilən idi: “Bunun iki səbəbi var. Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırımı” qətnaməsini böyük səs çoxluğu – 405 səslə qəbul etmişdi. “Qətnaməyə” həm demokratlar, həm də respublikaçılar səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdi. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadır, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, S-400 raketlərinin alınmasından narazı idilər. Yəni demokratlar və respublikaçılar erməniləri sevdiklərinə görə məlum “qətnaməni” qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi.

“Özləri çalıb, özləri oynayırlar” – sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu günə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib. Bu, Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. ABŞ prezidenti Donald Tramp sənədi imzalaya da bilər, imzalamaya da. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə S-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Ancaq nə vaxtsa hansısa Amerika prezidenti erməni qətnaməsinə səs verəcək. Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Ərdoğanın yerində Türkiyədə hakimiyyətdə gələcəkdə kim olsa belə, onun dərin yaralar alan Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password