Kamran Əliyevin yerinə gələn şəxs kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyini Baş prokuror vəzifəsinə irəli sürüb. Onun təqdimatı artıq Milli Məclisdədir.
Daxil olan məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə isə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ramil Məcidov təyin edilib.
Ramil Məcidov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin keçmiş rəisi, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin oğludur. R.Məcidov uşaq vaxtlarından babasının yanında böyüdüyü üçün soyadları da fərqlidir./axar.az/