Dünyada koronavirusa yoluxanların sayı 73 mindən çox artıb – ÜST

Aprelin 23-ü saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 544 792 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 73 657 nəfər yeni koronavirusa yoluxub, 6 689 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 544 792 nəfərə, ölənlərin isə 175 694 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 251 458 yoluxma və 113 336 ölüm halı. Avropa regionunda sutka ərzində 31 972 yoluxma halı, 3 384 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 23-nə olan məlumatlara əsasən, yoluxanların sayı 957 402 nəfərə, ölənlərin sayı isə 47 812 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 144 450 yoluxma və 6 469 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (800 926), İspaniyada (208 389), İtaliyada (187 327), Almaniyada (148 046), Böyük Britaniyada (133 499), Fransada (117 961), Türkiyədə (98 674), İranda (85 996), Çində (84 301) və Rusiyada (62 773) qeydə alınıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password