“Pay torpağı olan kəndliyə 190 manatın verilməməsi düzgün deyil” – DEPUTAT

“İnsanlar bu gün torpaq yeyə bilməz”.

Aktualinfo.org xəbər verir ki, bunu plenar iclasda deputat Razi Nurullayev deyib. O bildirib ki, adına pay torpağı olan kəndlilərə 190 manat yardımın verilməməsi düzgün deyil: “Əgər dövlətin buna gücü çatmırsa, açıq deyək. Amma imkan varsa, dövlət bu məsələyə yenidən baxmalıdır. Kəndliyə verilən torpaq əkin-biçin üçün verilib. Bu gün torpaqdan gəlir əldə etmək mümkün deyil. Koronavirusa görə çətinlik bu gün üçün yaranıb. İnsanlar indi torpaq yeyə bilməz. Hökumət bu məsələyə yenidən baxmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password