Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…

Ölkədə vacib ərzaq məhsullarının və meyvə-tərəvəzin qiymətlərində kəskin bahalaşma müşahidə edilir. Məsələn, karantindən əvvəl marketlərdə 80-90 qəpiyə aldığımız kartof indi 1,20 qəpik, 70-80 qəpiyə aldığımız soğan indi 1,40 qəpikdir. 

Bir həftə əvvəl 12 manata olan yağ artıq 14,50 qəpiyədir. Şəkər tozunun, un məmulatlarının da qiymətlərində artım var. Unun qiyməti isə daha sürətlə qalxır. Starteji məhsul olan unun karantindən əvvəl 50 kiloluq kisəsi 25-26 manat idisə, artıq 32-33 manata yüksəlib. Unun bu qədər bahalaşması digər bir çox ərzaq məhsullarının da qiymətinə tətikləyici təsir göstərməkdədir. Belə davam etsə çörəyin qiymətini indiki vəziyyətdə saxlamaq mümkün olmayacaq.

Unun bahalaşması bu sürətlə davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 35 manat olacaq. İqtisadçı ekspertlər hesab edir ki, mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və unun qiymətinin bahalaşmasının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar aparılmalıdır.

Ölkədə unun və digər bir sıra zəruri ərzaq məhsullarının bahalaşmasında möhtəkirlərin rolunun olduğunu ölkənin kifayət qədər un ehtiyatının olması faktı da təsdiqləyir.

Prezident İlham Əliyev artıq bəyan edib ki, süni bahalaşma yaradıb möhtəkirlik etmək xəyanət kimi qəbul ediləcək.

Milli Məclisin komitə üzvü Vahid Əhmədov  bildirib ki, Prezidentin xəbərdralığını hər kəs nəzərə almalıdır: “Mən hesab edirəm ki, neftin qiymətinin aşağı enməsini, karantin vəziyyətinin ortaya çıxardığı durumu və bir sıra məsələləri nəzərə alaraq hökumət bir sıra məhsulların qiymətinin artımını mütləq dayandırmalıdır. İlk növbədə un, çörək, un məmulatları, şəkər, ət məhsullarının qiymətində indiki vaxtda artıma icazə verilməməlidir. Məsələn, bu addımı Rusiya dövləti atdı. Bu da əhalinin güzəranına təsirini götsərir. Nədən biz bu addımı atmayaq? Hökumət təcili müdaxilə etməsə qiymət artımı gedir və gedəcək. Qiyməti artıranlar xalqı və prezidentin xəbərdarlığını nəzərə alsınlar. Almırlarsa hökumət ciddi müdaxilə etməlidir vəziyyətə və çox ciddi cəza tədbirlərinə əl atılmalıdır. Əks halda, bahalaşmanın qarşısını almaq mümkün deyil, möhtəkirlər həmişə var. Möhtəkirləri insanların taleyindən çox öz cibləri maraqlandırır. Fikir verdiniz, hər halda adicə spirtin və maskanın satışı ilə əlaqədar möhtəkirlər nə oyunlardan çıxdılar. Ona görə də qiymət artımına qarşı çox kəskin addımlar atmaq lazımdır. Çünki bahalaşma gəlirlərindən məhrum olan, evində vəsaiti qalmayan insanları evinə zəruri ərzaqları almaqdan məhrum vəziyyətə gətirə bilər. Belə bir vəziyyət isə çox ağır və xoşagəlməz halları meydana gətirər. Dövlət bahalaşmanın qarşısını çox təcili almalıdır. Nazirlər Kabineti yanında Operativ Qərargah işləyir. Amma daha çevik işləməlidir, çevik qərarlar verməlidir və qərarların çevik həyata keçirilməsini təmin etməlidir. Bahalaşmaya qarşı da çevik addımların atılması çox vaibdir. Qiymət məsələsi Azərbaycanda bir müddət sonra çox böyük problemlərə yol aça bilər. Ona görə də atılan addımlar ciddi olmaqla yanaşı, həyata keçirilməsi çox sürətləndirilməlidir. Hər kəs bilməlidir ki, indiki vaxtda xalqı yox özünü düşünüb əlindəki imkandan möhtəkirlik üçün istifadə edirsənsə, xalqa xəyanət etmiş olursan. Xəyanətin də ağır hüquqi cəzası var. Bu cəza tətbiq olunsa hamıya dərs olar.

İkincisi, hökumət imkansız əhaliyə daha çox vəsait ayırmalı və elə edilməlidir ki, insanlar o vəsaiti asan və tez əldə edə bilsinlər”.

Deputat vurğuladı ki, Azərbaycanda unun bahalaşması üçün əsas yoxdur: “Azərbaycanın un ehtiyatı kifayət qədərdir. Mənim aldığım məlumata görə, 4 aylıq ehtiyat var. Eyni zamanda lazım olanda ölkəyə idxal olunacaq, həmçinin bir müddət sonra taxıl bikini başlayacaq. Yəni dediyim odur ki, un və taxıl sarıdan problem yoxdur. İdxal dayandırılmayıb. Ona görə də kimlərsə süni qiymət artımını guya qıtlıq olması ilə əsaslandırmağa çalışırlarsa yalan deyirlər, xalqı, vətəndaşları aldadırlar. Sahibkarlar indiki vəziyyətdə xalqa əl uzatmalıdır, insanları aldatmamalıdır”.(musavat.com)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password