Koronavirus İran ordusuna da sıçradı – 54 əsgər yoluxdu
İran Silahlı Qüvvələrinin 54 əsgəri yeni tip koronavirusa yoluxub.
Bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb.
Baş Qərargahın Kadrlar şöbəsinin müdiri Nahuda Rəhmanipur əsgərlərdən çoxunun artıq sağaldığını açıqlayıb. Onun sözlərinə görə, orduda koronavirus qaynaqlı ölüm qeydə alınmayıb.
Son rəqəmlərə görə, İranda 3 min 872 nəfər infeksiyadan dünyasını dəyişib. Ümumilikdə, 62 min 589 nəfərdə virus aşkarlanıb.(publika.az)