Neft Fondu şokolad alır – Bir kiloqramı 65 manata
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ərzaq məhsullarının satın alınması ilə bağlı elan etydiyi tenderin qalibi məlum olub.
Neft Fondunun tender müsabiqəsinin qalibi “Fresh Foods Supply” MMC olub.
“Fresh Foods Supply” MMC Neft Fonduna 21 min 400 manat dəyərində aşağıdakı cədvəldə adları qeyd olunan ərzaq məhsullarını satacaq.
Şokolad | Ferrero Rocher-300 qram | 40 | qutu |
Şokolad | qarışıq | 100 | kq |
Qənd-parça | AzərŞəkər-850 qram | 15 | paçka |
Qənd-bükmə | AzərŞəkər-500 qram | 20 | paçka |
Sirab-premium | qazsız-0.33 litr | 1000 | ədəd |
Badam | – | 12 | kq |
Qəhvə | üyüdülmüş | 50 | kq |
Qəhvə | dənli | 20 | kq |
Fındıq | – | 12 | kq |
Qoz | – | 12 | kq |
Brazilya qozu | – | 12 | kq |
Kişmiş | – | 12 | kq |
Peçenye | xüsusi dəmir qablaşdırmada və ən az 6 ay istifadə müddəti olmaqla | 100 | qutu |
Süd | – | 100 | litr |
Su | Sirab-19 litr | 50 | ədəd |
Sirab-plastik | qazlı-0.5 litr | 1500 | ədəd |
Sirab-plastik | qazsız-0.5 litr | 3 500 | ədəd |
Sirab-premium | qazlı-0.33 litr | 1 000 | ədəd |
Kəklikotu | – | 5 | kq |
Çay-qara | Tess-200 qram | 100 | paçka |
Çay-yaşıl | Tess-100 qram | 10 | paçka |
Çay-qara | Lipton-100 paket | 20 | paçka |
Çay-yaşıl | Lipton-100 paket | 20 | paçka |
Məlumat üçün bildirək ki, Neft Fondunun almaq istədiyi “Ferrero Rocher” şokaladının 300 qramlıq qutusun qiyməti təxminən 20 manat təşkil edir. Bu isə o deməkdir ki, Fond bu şokalad üçün 800 manat xərcləyəcək.
Bundan başqa Fondun almaq istədiyi Braziliya qozu iri qoz növlərindən biridir. Braziliya qozu bərk və oval formada olur. Onun meyvələri 10-15 sm uzunluğunda və 1-2 kq çəkiyə malik olan sərt qabığın içərisində yerləşirlər. Qabığın içərisində isə 8-24 ədədə yaxın ləpə yerləşir. Braziliya qozu Braziliyada, Boliviyada, Venesuelada, Kolumbiyada, Peruda, Şri-Lankada, Trinidad və Tobaqoda yabanı halda bitir. Braziliya qozunun bir kiloqramının qiyməti təxminən 60 manata bərabərdir.(yeniavaz.com)