“Sağlam adamların tibbi maskalardan istifadəsinə ehtiyac yoxdur” – ÜST
“Sağlam adamların tibbi maskalardan istifadəsinə ehtiyac yoxdur”.
Aktualinfo.org xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təçkilatının rəsmi münayəndəsi Tarik Yazareviç “Ria Novosti”yə açıqlamasında deyib. Onun sözlərinə görə, ümumiyyətlə, tibbi maskalar müdafiəyə zəmanət vermir.
“Sağlam adamların maska taxması tələb edilmir. Maskanı simptomu olanlar başqalarının təhlükəsizliyi üçün taxmalıdır. Həmçinin ev şəraitində xəstələrə qulluq edənlər də maska taxmalıdır”, – deyə ÜST-ün nümayəndəsi əlavə edib.
Tarik Yazareviç qeyd edib ki, maska digər müdafiə tədbirləri ilə birgə istifadə edilməlidir. Ayrıca maska pandemik virusa yoluxmadan xilas etmir. ÜST-ün nümayəndəsi bildirib ki, yalnız maska taxmağa fokuslaşmaq insanda təhlükəsizlikləri barədə yanlış təsəvvürlər yarada bilər. “Onlar, məsələn, əl yumaq kimi digər müdafiə tədbilərini unuda bilərlər. Əgər siz maskanı düzgün necə taxmaq lazım olduğunu bilmirsinizsə, o zaman əlinizi üzünüzə adi vaxtdan daha çox toxunduracaqsınız”, – deyə Tarik Yazerviç vurğulayıb.
Onun fikrincə, maska, əlcək və bu kimi müdafiə tədbirləri üçün nəzərdə tutulan ləvazimatlar daha çox tibb işçilərinə lazımdır. ÜST-ün nümayəndəsi hesab edir ki, dünyadakı tibb işçilərinin hamısını bu ləvazimatlarla təmin etmək lazımdır. Tarik Yazareviç bildirib ki, bu, adi vətəndaşların kütləvi şəkildə maska, əlcək almasını dayandırması ilə mümkün ola bilər.