Ermənistan və Rusiyadan Qarabağ ermənilərinə ağır zərbə: “Liderlərini” İrəvan və Moskvaya buraxmırlar

Xəbər verdiyimiz kimi, koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərlə əlaqədar olaraq Ermənistan öz vətəndaşlarının işğal altında saxladıqları Dağlıq Qarabağa səfər etmələrini qadağan edib. Bu rəsmi İrəvanın Azərbaycan torpağında yaratmaq istədikləri “2-ci erməni dövləti”nin “rəsmilərinə” arxadan vurulan bir zərbə sayılır. Əslində o qadağa hansısa bölgəyə təkcə Ermənistan tərəfindən tətbiq edilmir. Bütün dünya hazırda koronavirusla “dava edir”. Qadağanın Xankəndidə məskunlaşan ermənilərə başqa bir zərbəsi var.

Zərbə də odur ki, 3 gündən sonra Azərbaycan ərazisində – işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdə yenidən parlament və prezident “seçkiləri” keçiriləcək. Bu,  Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra baş tutacaq ilk “seçki” olacaq. Ancaq indidən o “seçkinin baş tutmayacağı” deyilir, çünki nəinki İrəvandan, Ermənistanın “qardaş ölkələrindən” bu qondarma seçkini “seyr etmək üçün”  “müşahidəçilər və ermənipərəst” jurnalistlər gələ bilməyəcək.

Qarabağ ermənilərinə ikinci zərbə isə artıq ikinci ildir ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra İrəvanla soyuq münasibətdə olan Kemldən gəlib.

Kreml 2017-ci ildə bu rejimə “Xarici İşlər Naziri” təyin edilən, indi isə “prezident” kimi namizəd olan Masis Mayilyanın Rusiyaya girişinə qadağa qoyub.

Erməni mediasının yaydığı xəbərlərə görə bu gün axşam saatlarında isə elə “həmin namizəd – Mayilyan” məlumatları özünün Facebook səhifəsində təkzib edib. Təbii ki, baş tutmayacaq “seçkiyə” 3 gün qalmış bu, “namizəd” tərəfindən son piyada gedişi sayılmalıdır.

Maraqlıdır, o, bu təkzib bəyanatında təkcə Azərbaycanın deyil, elə Ermənistanın saytlarını da ittiham etdi.

Ancaq unudur ki, onun Rusiyaya buraxılmaması haqda ilk informasiya elə ermənilərin öz saytlarında tirajlanıb. Rəsmi Bakı isə bu informasiyadan bəhrələnərək qarşı tərəfin eyiblərini üzə çıxarıb.

İki ölkə arasındakı bu informasiya müharibəsində bütün cinahlardan total hücuma keçməliyik.

Son məqsədimiz isə ermənilərin “seçki” keçirmək istədikləri Xankəndidə, Şuşada və Ağdərədə reportaj hazırlamaqdır.

O istək 50 milyonluq bütün dünya azərbaycanlılarının arzusudur…(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password