Dərslər nə vaxt başlayacaq? – Təhsillə bağlı ən vacib suallara cavab

“Bildiyiniz kimi, Respublikamızda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Eyni zamanda dövlət orqanları 29 martdan 29 aprelə qədər məzuniyyətə göndərilib. Bu qərarlar təhsil sistemində bütün fəaliyyətləri, imtahan, müsabiqə – müsahibə və sənədləşmənin təxirə salınması deməkdir”.

Bunları təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

O, bildirib ki, 29 apreldən birinci sinifə şagird qəbulu bərpa olunmalı idi, amma təxirə salınacaq.

“30 martdan etibarən ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayacaqdı, onun da təxirə salınması gözlənilir.

1 apreldən rus bölməsi üzrə birinci sinifə qəbul olmaq istəyənlərin müsabiqəsi nəzərdə tutulurdu, onun da başqa tarixdən başlanması gözlənilir”, – deyə ekspert qeyd edib.

O, son günlər təhsillə bağlı ən çox verilən sualları da cavablandırıb:

Dərslər nə vaxt başlayacaq?

– Hazırda 20 aprelə qədər tətil, 29 aprelə qədər Təhsil nazirliyi və onun orqanları məzuniyyətdə olduğu üçün ən tezi 30 aprel başlaya bilər, amma bu müddət uzaldıla da bilər. Yəni koronovirus problemi həll olana qədər bütün hərəkət dayanır.

Yay aylarında dərs ola bilərmi?

– Bu barədə rəsmi olaraq məlumat yoxdur. Bütün hallarda şagird və valideyinlər üçün ən optimal variant həyata keçiriləcək.

Qəbul imtahanları buraxılış imtahanları ilə birləşdirilə və imtahanlar sadə ola bilərmi?

– Əlbəttə ki, yox. Sadəcə olaraq imtahanın test modelində dəyişiklik edilməsi mümkündür. Amma imtahanlar sadə ola bilməz. Bu müsabiqə vəziyyətini yüksəldər.

İmtahanların nə vaxt keçilməsi ilə bağlı məlumat rəsmi olaraq yoxdur.

K.Əsədov karantin, məzuniyyət və tətil müddətində hər kəsin əmək haqqını, tələbələrin təqaüdünü tam şəkildə alacağını xatırladıb.

Müəllimlərin işə qəbulu üzrə imtahanların mütəmadi olaraq iyun – iyul ayında keçirildiyi üçün onun vaxtının dəyişdirilməsinin isə inandırıcı olmadığını qeyd edib.

Ekspert distant təhsillə bağlı maraqlı bir nüansa da toxunub. O, bu təhsil üsulunun qanunvericilik bazasının olmadığını diqqətə çatdırıb:

“Orta və Ali məktəblərdə Distant təhsil məcburi deyil. Yəni heç bir müəssisə sonradan şagird və tələbələrə deyə bilməz ki, mən bu mövzunu video və foto olaraq sayt və səhifəyə yerləşdirmişəm, ona görə də öyrənməli idiniz, bu yanlışdır. Çünki Distant təhsilin qanunvericik bazası yoxdur və bunun tətbiq edilməsi ilə bağlı qərar yoxdur. Sadəcə olaraq bu təhsil alanların prosesdən kənarda qalmaması üçündür. Yəni tələbəyə buna görə qayıb yazmaq, təsir göstərmək olmaz”.(yenisabah.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password