USAID qalmaqalı davam edir: Mask koronavirusu yaratmaqda, Tramp ifrat radikallıqda günahlandırdı

 

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) “ifrat radikallar” rəhbərlik edirlər”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Ağ Ev rəhbəri onları kənarlaşdıracağını vəd edib.

Qeyd edək ki, ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask da USAID-i kəskin tənqid edərək, agentliyi sonu gəlməli olan cinayət təşkilatı adlandırıb. Bundan əlavə, o, USAID-i “Amerikaya nifrət edən radikal sol marksistlərin yuvası” kimi xarakterizə edib. Maskın sözlərinə görə, agentlik koronavirus da daxil olmaqla bioloji silahların yaradılmasına pul yönəldib.

Xatırladaq ki, fevralın 2-də USAID-in saytının və onun “X” sosial şəbəkəsindəki səhifəsinin işləmədiyi məlum oldu. Sayta daxil olmağa cəhd edərkən https://www.usaid.gov/ veb-səhifəsinin müvəqqəti əlçatmaz ola biləcəyi və ya daimi olaraq yeni ünvana köçürüldüyü göstərilir. Saytın silindiyi, yoxsa bağlandığı hələ məlum deyil.

Bundan əvvəl isə təşkilatın 50-dən çox dövlət qulluqçusunun təcili olaraq inzibati məsuliyyətə göndərildiyi xəbəri verilib.

Yanvarın sonunda mediada USAID-in Kiyevə dəstək layihələrinin dondurulduğu bildirilib. Ukraynada layihələrə məsul olan təşkilatın əməkdaşlarına bütün işləri dayandırmaq əmri verilib. 2022-ci ildən USAID Ukraynaya humanitar yardım və dəstək olaraq 7.6 milyard dollardan çox vəsait ayırıb./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password