Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır – Erməni deputat
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin daha bir tələbini qəbul edib.
Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan deyib.
Söhbət Ermənistanda revanşizm və ekstremizmə qarşı mübarizədən gedir.
“Azərbaycan ölkə daxilində revanşizm və ekstremizmə qarşı mübarizə aparılmasını tələb edib, Paşinyan da bunlara qarşı tədbirlər görməyə razılaşıb”, – Vardanyan bildirib.
Siyasətçinin açıqlamasından belə məlum olur ki, Ermənistan rəhbəri ölkədə Qarabağla bağlı sülh prosesini poza biləcək təxribatçı fəaliyyətlərin qarşısını almaq üçün addımlar atacaq.
Vardanyan qeyd edib ki, Əliyev və Paşinyan arasındakı razılaşmaya Ermənistanda “Qarabağ mövzusu”nun tamamilə bağlanması daxildir.