Azərbaycana maneəsiz keçid verməyə hazırıq, ancaq…
Biz Azərbaycana çox konkret təklif vermişik. Bu, hətta təklif deyil, bu, bizim qiymətləndirməmizdə və açıq şəkildə həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini nəzərə alan məsələnin həllidir.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Biz mövqeləri formalaşdırırıq, ifadə edirik, o mövqeləri paketləyirik və s. Lakin biz nəinki öz mövqelərimizi ifadə etmişik, həm də Azərbaycanın qaldırdığı məsələləri, həm də bizim tərəfimizdən qaldırdığımız məsələləri həll edən yollar təklif etmişik. Biz təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə dəmir yolu yük əlaqəsi olsun, amma eyni prinsiplə Arazdəyəndən Naxçıvan ərazisi ilə də əlaqə olsun, Mehriyə və əksinə, o cümlədən beynəlxalq ticarət üçün Azərbaycan ərazisi vasitəsilə Ermənistan və beynəlxalq ticarət və ya yük daşımaları üçün Ermənistan ərazisi vasitəsilə Azərbaycan üçün.
Həmin təklifin mühüm nüanslarından biri də odur ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalara başlayacağıq, sonra atmosfer daha uyğun olanda sərnişin nəqliyyatı haqqında da düşünəcəyik.
İndi, düzünü desəm, biz Azərbaycandan müsbət cavab gözləyirik. Azərbaycanın mövqeyini bilirəmsə, mən başa düşmürəm ki, onlar bunu niyə rədd etsinlər. Biz qaldırdığımız hər iki problemə cavab verən bir həll tapdıq”.
Paşinyan vurğulayıb ki, bu təklif “Sülh kəsişməsi” proqramı çərçivəsində səslənən prinsiplərə tam uyğundur, eyni zamanda Azərbaycanın danışıqlar zamanı qaldırdığı gözləntilərə cavab verir:
“Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik, lakin maneəsiz olmaq Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil”./axar.az