Lənkəranda döyülən QAZİLƏRİN məhkəmə işi nə yerdədir?
Sadiq oxucularımız xatırlayarlar, 2023-ci ilin dekabr ayında Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən, hazırda ABŞ-da yaşadığı bildirilən Astara rayonun Pensər kənd sakini Əliyev Novruz Vaqif oğluna məxsus olduğu bildirilən “Ceyranbulaq” restoranında 6 nəfər Qarabağ qazisinin istehlakçı hüquqlarından istifadə edərək xörəyin keyfiyyətinə görə irad tutduqlarına görə restoran sahibinin qohumu, həm də administrator işləyən Rəşad Həsənov və onun qoluzorlu tanışları tərəfindən döyülmələri barədə məlumat vermişdik. Həmçinin, baş vermiş kütləvi dava və həmin insident nəticəsində Qarabağ qazilərindən ikisinin – ehtiyatda olan zabit, 2-ci qrup müharibə əlili Murad Rəhimovun və Nurlan Nəcəflinin xəstəxanaya yerləşdirilməsi, digərlərinin yüngül xəsarət alması faktı ictimailəşdirilmişdi. Sonradan Murad Rəhimov “Tik-tok” sosial şəbəkəsindəki səhifəsində paylaşım edərək, bildirmişdi ki, ona tibbi yardım göstərildiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Patoloji Anatomiya Mərkəzinə təqdim etmək məqsədilə aldığı 13 dekabr 2023-cü il arayışla təsdiqlənın “gözünün və göz yuvasının travması, kəllənin və üz sümüyünün sınığı diaqnozu” qoyulub, Nurlan Nəcəflinin isə əlinin əzildiyi təsdiqlənib. Zərərçəkmiş qaziləri narahat edən məsələlərdən biri də bu idi ki, Vətən uğrunda sağlamlığını itirmiş qaziləri şil-küt edənlər görəsən lazimi cəzasını alacaqlarmı?
Bu günlərdə qazi Murad Rəhimov yenidən redaksiyamıza müraciət edərək buildirib ki, Lənkaran rayon Polis şöbəsi tərəfindən araşdırması başlanılmış iş hazırda məhkəmədədir.Dövlət ittihamçısı məsələyə obyektiv yanaşaraq, irəli sürdyü ittihamda restoran administratorunun 1 il 6 ay müddətinə həbs olunmasını, zərərçəkənlərə vurulmuş ziyanın qarşılığının ödənilməsini və qazilərin müalicəsini tələb edib.Murad Rəhimov bildirir ki, gözünün və göz yuvasının travması, kəllənin və üz sümüyünün sınığından indi də əziyyət çəkir.Aldığı zədə nəticəsində indi də qulağından tez-tez qan gəlir.Son 9 ayda müalicəsinə on iki min manatdan çox pul xərcləyib.
Xəsarət almış qazilər inanır və çox böyük ümid bəsləyirlər ki,məhkəmə prokurorluğun zərərçəkən tərəfi qane edən ittiham aktını ədalətli bilib dəstəkləyəcək və ədalətli qərar qəbul edəcəkdir. /mediatv.az