Kremlin İrəvandakı “qırmız xətləri” haradan keçir? – Politoloq Moskvanın nə qədər dözə biləcəyini açıqladı
İlin əvvəlindən Ermənistan hökuməti Avrointeqrasiya haqqında qanun layihəsini dəstəkləyərək parlamentə göndərdi və daha sonra ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasına imza atdı. Bu Rusiyada reaksiya doğurub.
Rusiyada Baş nazirin müavini Aleksey Overçuk və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev səviyyəsində Ermənistana qarşı iqtisadi təsir rıçaqlarından istifadə etməklə bağlı üçün açıq hədələr səsləndirilib. Amma Moskvadan gözlənilən aqressiv reaksiya olmadı. Maraqlıdır, Ermənistan Kremlin “qırmızı xətlərini” nə vaxt keçəcək?!
Politoloq Fərhad Məmmədov media kampaniyalarına diqqət yetirməməyi vacib hesab edir.
Onun sözlərinə görə, Ermənistanın Kremlin “qırmızı xətləri”nə nə qədər yaxınlaşdığını və onların nələri ehtiva etdiyini anlamaq üçün hər iki tərəfin hərəkətlərinə diqqət etmək vacibdir: “Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində MDB ölkələrindən gözləntiləri formalaşdırıb – qərarlarında müstəqil olmaq və ərazilərini Rusiyaya qarşı istifadəyə verməmək.
Başa düşmək lazımdır ki, bundan əvvəl baş verən hər şey: Ermənistanda rus sərhədçilərinin funksionallığının azaldılması, Ermənistan hökuməti üzvlərinin Rusiya əleyhinə bəyanatları, KTMT üzvlüyünün dondurulması, Paşinyanın MDB sammitlərində iştirak etməməsi və s. Kremlin “qırmızı xətləri”nə çevrilmədi”.
Ekspert qeyd edir ki, Paşinyan atdığı addımları xarici siyasət oriyentasiyasının şaxələndirilməsi ilə izah edib və diversifikasiyanı əvəzetmə deyil, alternativlər kimi təqdim edir: “Ona görə də Ermənistan hökumətinin təhlükəsizlik və iqtisadiyyat sahəsində qərarı Rusiyanın mövcudluğuna alternativ yox, onun əvəzlənməsini nəzərdə tutan qərar və ya hadisə “qırmızı xətt”ə çevrilə bilər! Avropaya inteqrasiya haqqında qanun layihəsinə nəzər salaq. Əgər Paşinyan bunu təsdiqləsə, o zaman Ermənistan parlamentinin səs çoxluğu ilə qəbul edəcəyi şübhəsizdir. Bu, Avropaya inteqrasiya niyyətlərinin gələcəkdə Ermənistan Konstitusiyasına yazılması istiqamətində bir addım olacaq. Amma bu o demək deyil ki, Ermənistan Aİ-yə daxil olmaq üçün müraciət edir, yəni bu, sadəcə niyyətdir. Rusiya Baş nazirinin müavini Overçuk bu addımı belə izah edib: “Ermənistan Avrasiya İqtisadi ittifaqından (Aİİ) çıxmağı planlaşdırmadığını iddia edir, lakin ölkə hökuməti Aİ-yə üzvlük prosesinə başlamaq üçün layihəni dəstəkləməklə hüquqi baxımdan əhəmiyyətli addım atıb. Biz bunu Ermənistanın Aİİ-dən çıxımasının başlanğıcı kimi görürük”. Yəni, Ermənistan parlamentində qanunun qəbulu Rusiyanın Ermənistana qarşı hərəkətlərinin başlanğıcı ola bilər, çünki Ermənistanın Aİ-yə üzvlüyü Aİİ-dən çıxmağı nəzərdə tutur. “Qırmızı xətt” kimi iyi gəlir”.
Fərhad Məmmdov qeyd edir ki, Vaşinqtonda imzalanmış Xartiya tərəflərin niyyətlərini əks etdirir, lakin faktiki olaraq heç bir konkret məlumat vermir.
“Məsələn, nüvə energetikası bölməsində atom elektrik stansiyalarının (RosAtom) fəaliyyətinin dayandırılması ilə bağlı bənd yoxdur, yalnız bu mövzuda ABŞ-la əməkdaşlıq haqqında bənd var. Yəni, dəyişdirmə yox, şaxələndirmə”, – o, əlavə edib..
Ekspert xatırladır ki, 2011-2012-ci illərdə Avropa İttifaqı (Aİ) Ermənistanla assosiasiya sazişi hazırlayanda və gömrük sahəsində islahat üçün əvvəlcədən pul ödəyəndə, Rusiya belə bir oyun oynamışdı: “2013-cü ilin sentyabrında Sarkisyan Aİİ-yə daxil olmaq qərarına gələrək, eyni zamanda Avropa İttifaqından əl çəkmədi. Yəni, Paşinyanın transformasiyası və ya Ermənistanda rusiyayönlü qüvvələrin hakimiyyətə gəlməsi halında ABŞ və Aİ-nin Ermənistana bütün bu infuziyaları Rusiyanın aktivinə çevriləcək. Rusiyanı ən çox maraqlandıran bu hissədir: “Ermənistan və Birləşmiş Ştatlar ikili təyinatlı mallar üzrə ixrac nəzarətinə riayət olunmasını gücləndirmək, siyasət çərçivələrini əlaqələndirmək və məlumat mübadiləsi aparmaq üçün işçi qrup yaratmaq niyyətindədirlər”. Ermənistan doğrudan da Rusiya ilə ticarət dövriyyəsini filtrləməyə razı olacaqmı? Bu, indiki mərhələdə Rusiya ilə münasibətlərin ən əhəmiyyətli məqamdır. Axı Moskva Ermənistan vasitəsilə sanksiyalardan yan keçdiyinə görə İrəvanın Rusiya əleyhinə bəyanatlarına, demarşlarına göz yumdu”.
Politoloq vurğulayır ki, qeyd olunanlar belə bir mənzərə yaradır: “Ermənistan Rusiyanı Qərblə əvəz edəcəksə, bu, “qırmızı xətt”ə çevrilə bilər. Bunların arasında, potensial olaraq qırmızı rəngə boyanmış ən çox ehtimal olunan addımları vurğulaya bilərik:
– Ermənistanın KTMT-dən çıxması və NATO-ya daxil olmaq niyyətini qəbul etməsi. Ola bilər ki, əvvəlcə KTMT-dən sadəcə olaraq çıxış olsun, lakin bu, təsirsiz ötüşməyəcək.
– Avropaya inteqrasiya haqqında qanunun qəbulu, Aİ ilə yeni saziş – ilkin məhdudiyyətlərə səbəb ola bilər.
– Ermənistanın sanksiyalar üçün reeksport sxemlərində iştirakdan imtina etməsi, prinsipcə, “qırmızı xətt” deyil, amma Rusiya buna cavab verməli olacaq”. azpolitika.info