Prezident fərman imzaladı

 

Prezident İlham Əliyev 14 iyun 2019-cu il tarixli “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib.

Vəsaitdən istifadə investisiyalar, güzəştli kreditlər və qrantlar formasında həyata keçiriləcək.

Müvəkkil kredit təşkilatları ildə 2 dəfədən az olmayaraq, Agentliyin vəsaitinin hər bir sahibkarlıq subyektinin layihəsi üzrə monitorinqini aparmalı və bu barədə Agentliyə monitorinq bitdikdən sonra 7 iş günü müddətində hesabat verməli olacaqlar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password