Qazaxıstan Parlamentinin sədri Azərbaycana başsağlığı verib

 

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Parlament Məclisinin sədri, məktubda özünün və qazaxıstanlı deputatların adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların sağalmasını arzulayıb.

“Bu çətin günlərdə qardaş Azərbaycan xalqına səbir və dözüm arzulayıram”, – deyə məktubda qeyd edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password