Şahbaz Şərif Azərbaycana başsağlığı verdi

 

Pakistanın Baş naziri Şahbaz Şərif  Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau hava limanının yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə Baş nazir sosial media hesabında paylaşım edib.

“Qazaxıstanın Aktau yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən sarsıtdı. Bu hadisə nəticəsində həyatını itirənlərlə bağlı əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Pakistan Azərbaycanın yanındadır”, – Şahbaz Şərif bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password