“Təmiz Şəhər”: Bakıdakı zəhərli qazların 75 %-i avtomobillərin payına düşür

 

Bakıda atmosferə atılan zəhərli qazların 75 %-i məhz nəqliyyat vasitələrinin payına düşür.

Bunu “Təmiz Şəhər”ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib.

Onun sözlərinə görə, yararsız və istismar müddəti bitmiş avtomobillərin tullantıya çevrilərək ətraf mühiti çirkləndirməsi hazırda bütün dünyada ciddi problem sayılır: “Əksər ölkələr bu cür nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi istiqamətində müxtəlif proqramlar tətbiq edir. Vəziyyətdən səmərəli çıxış yollarından biri də həmin avtomobillərin utilizasiyasıdır”.

“Utilizasiya proqramlarının dövlət səviyyəsində həyata keçirilməsi ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bunu zəruri edən əsas səbəb köhnəlmiş və yararsız nəqliyyat vasitələrinin havanın, o cümlədən torpağın və su mənbələrinin çirklənməsində payının artması, onların zəruri ekoloji tələblərə əməl edilmədən pərakəndə utilizasiyası zamanı ətraf mühitə dəyən ziyandır. Tədqiqatlar göstərir ki, ölkəmizdə nəqliyyat vasitələrindən atmosferə atılan təkcə karbon oksidlərinin miqdarı il ərzində 700 min tona yaxındır. Bu isə nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməsinin ciddi nəzarətdə saxlanmasını tələb edir”, – deyə şöbə müdiri qeyd edib.

Bundan başqa, o deyib ki, köhnəlmiş nəqliyyat vasitələri hərəkətin təhlükəsizliyi baxımından da risklər yaradır: “Texniki təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələri yol-nəqliyyat hadisələrinin, o cümlədən bədbəxt hadisələrin sayının artmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, onların utilizasiyasının dövlət səviyyəsində idarə edilməsi artıq müasir dövrün tələbidir. Hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password