NATO əsgərləri Rusiya ərazisində: PUA ilə vuruldular
Xüsusi təyinatlı “Axmat” dəstəsinin “Aida” qrupu Rusiyanın Kursk vilayətində PUA-lar vasitəsilə müəyyənləşdirdiyi NATO formasında olan hərbçiləri zərərsizləşdirib.
Bu barədə “Ria Novosti” məlumat yayıb.
Mənbə bildirib ki, hərbçilər Suca şəhərində aşkar edilib.
FPV dronun operatoru ehtimal olunan qrupun gizləndiyi sığınacağa zərbə endirib.