Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli… – Markov

 

Berbok eyni platformada Azərbaycanı, hətta Rusiyanı da “danlayırsa”, deməli, Bakı hər şeyi düz edir.

Bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində Almaniyanın xarici işlər naziri Annalena Berbokun Bakıda keçirilən iqlim konfransı zamanı təxribat xarakterli bəyanatlarını şərh edərkən deyib.

“Berbok Azərbaycan əleyhinə bəyanatları ilə tanınır. Görünür, o, müvafiq qüvvələrin təsiri altındadır. Rusiyaya qarşı tənqidlərə gəlincə, Berbok aqressiv maraqların təşviqi üçün növbəti bir platforma tapıb. COP29-dan əvvəl Qərb dövlətləri və strukturları tərəfindən atılan o antiazərbaycan addımlara gəlincə, Bakı sadəcə olaraq buna əhəmiyyət verməməlidir. Çox vaxt Qərbin təsir etmək istədiyi ölkədə böyük tədbir planlaşdırılanda həmin ölkənin opponentləri fürsətdən istifadə edərək ona “hücum” edirlər. Və belə “hücumlar” avtomatik olaraq Azərbaycanın COP29-un sədri kimi böyük rolunun etirafıdır”, – o bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password