“Üçüncü dövlətlər Ukraynaya qoşun göndərə bilər” – Ostindən “ikibaşlı” bəyanat

 

Şimali Koreya hərbçilərinin Rusiyanın Ukraynaya qarşı müharibəsində mümkün iştirakı Qərb tərəfdaşları tərəfindən Kiyevə yeni dəstək formalarını işə sala bilər.

Bunu ABŞ-nin Müdafiə naziri Lloyd Ostin keçirdiyi son brifinqdə deyib.

Pentaqon rəhbərinə “Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı Qərb ölkələrinin Kiyevə qoşun göndərməsinə səbəb ola bilərmi” sualı verilib. Ostinin cavabı birmənalı olmayıb: “Siz mənim bu münaqişənin mümkün genişlənməsi ilə bağlı bəyanatlarımı qeyd etdiniz. Bu, (Şimali Koreyanın Ukraynadakı müharibədə iştirakı – red.) başqalarını tədbirlər görməyə, müxtəlif növ hərəkətlərə sövq edə bilər”.

Onun sözlərinə görə, Şimali Koreyanın müharibəyə qoşulması halında hadisələrin gələcək inkişafının bir neçə variantı ola bilər. O, bunlardan biri kimi üçüncü dövlətlərin Ukraynaya canlı qüvə göndərməsi ehtimalını istisna etməyib.

Bununla yanaşı, kifayət qədər ehtiyatla danışan Ostin əlavə edib ki, o, gözlənilə bilən konkret hərəkətlər barədə spekulyasiya etmək istəmir. Həmçinin etiraf edib ki, Qərbin bu istiqamətdə davam edən səylərinə baxmayaraq, ABŞ KXDR ordusunun Rusiya tərəfində münaqişəyə cəlb olunmasına mane ola bilmir. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password