Putin Ukraynanı elə bir vəziyyətə salacaq ki… – Hastinqs
Ruslar Ukraynanın ərazisinin beşdə birini işğal edib və ukraynalıların bu işğalçıları qovmaq üzrə bütün cəhdləri uğursuzluğa düçar olub. Putinin ordusu getdikcə daha təkmil silahlar əldə edir, ukraynalılar isə öz qüvvələrini saxlamağa çalışırlar.
Bu barədə “Blumberq”in köşə yazarı Maks Hastinqs deyib.
Onun sözlərinə görə, iqtisadi və enerji problemləri ilə üzləşən Avropa ölkələri Ukraynanın tam təslim olmasından başqa istənilən şərtlərlə müharibəni dayandırmağa can atırlar:
“Eyni zamanda, ABŞ-dakı seçki də Kiyev üçün nikbin heç nə vəd etmir. Tramp ABŞ seçkilərində qalib gəlsə, onun Putinə olan rəğbətini nəzərə alsaq, ukraynalılar məhvə məhkumdur. Harris Ağ Evə girsə belə, çox güman ki, o, müharibəni bitirmək üçün razılıq əldə etməyə çalışacaq, çünki Vaşinqton ABŞ-ın 175 milyard dollarlıq yardım göndərməsinə baxmayaraq, Ukraynanın qalib gəlməsi ssenarisini görmür”.
Onun fikrincə, 2024-cü il Putin üçün uğurlu, Zelenski üçün kədərli və çətin ildir:
“Genişmiqyaslı müharibənin birinci ilində bəzi ekspertlər xəbərdarlıq edirdilər ki, ruslar Ukraynanı ələ keçirə bilməsələr də, onu elə bir vəziyyətə gətirəcəklər ki, heç bir ağlı başında olan adam burada yaşamaq və ya sərmayə qoymaq istəməyəcək”.
O əmindir ki, Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatı NATO-ya üzvlük olacaq:
“Lakin bu, çətin olaraq qalır, çünki Putin belə bir perspektivi ehtiva edən hər hansı nizamlanma və hətta barışıqdan imtina edəcək”./axar.az