Aqrar Sığorta Fonduna müraciətlərin sayı 40 %-dən çox artıb
Bu il Aqrar Sığorta Fonduna müraciətlərin sayı 42 % artıb.
Bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.
Onun sözlərinə görə, bu il ötən illə müqayisədə Fonda daxil olan müraciətlərdə kəskin artım var: “Bu il Fonda 1,7 minə yaxın müraciət olunub. Müraciətlərin bir çoxu fırtına, dolu, sel, subasma və leysan kimi riskləri əhatə edib”.
O qeyd edib ki, ümumilikdə 140 min hektar əraziyə zərər dəyməsi ilə bağlı ASF-ə məlumat daxil olub: “Hazırda Fond tərəfindən 2023-2024-cü əkin ili üzrə taxıllar üzrə biçin dövrü avqustda yekunlaşdığı üçün artıq sentyabrda dəymiş zərərin hesablanmasına başlanılıb. Pambıq bitkisi üzə isə biçin mövsümü bitən kimi yaxın vaxtlarda dəymiş zərərin hesablanmasına başlanılacaq”.