Türkiyədən Zəngəzur açıqlaması: “Başlayırıq”

 

Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib.

“Zəngəzur dəhlizi Bakı-Tiflis-Qars dəmir yolu xəttinə alternativ və onun imkanlarını artıracaq marşrutdur. Xəzər dənizindən – Azərbaycandan Ermənistan və ya İrana, oradan da Naxçıvan və Dilucuya, İğdıra, Qarsa keçən xətt kimi həyata keçirilən projedir. Azərbaycan tərəfində mühüm hissələr tikilib, Naxçıvanda da mövcud xəttin bərpası işlərinə başlanacaq, Türkiyədə 224 kilometrlik hissənin çəkilişinə gələn ildən başlayacağıq”, – nazir vurğulayıb.

 

Xəttin İran və ya Ermənistandan keçəcəyi sualına cavab verən Uraloğlu söyləyib ki, bu danışıqları Bakı aparır: “İran məsələsində xeyli irəliləyiş var, son günlərdə Ermənistan tərəfində də inkişaf görünür. Qarşıdakı prosesdə buna aydınlıq gələcək, ən qısa yolla Azərbaycana, daha sonra türk dünyasına bağlanacağıq”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password