Putindən ağır şərt: “Müharibəni dayandırmağa hazırıq, amma…”

 

Rusiya ona qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Ukraynada müharibəyə son qoymağa hazırdır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir Rusiya Prezidenti Vladimir Putinin Kiyevə başqa tələblərini də xatırladıb. Xüsusilə, bu, Ukrayna Silahlı Qüvvələrinin “ilhaq” edilmiş Luqansk, Donetsk, Zaporoje və Xerson vilayətlərindən tamamilə çıxarılması və bu bölgələrin “Rusiya ərazisi” kimi tanınması ilə bağlıdır.

Bundan əlavə, Putin Ukraynanın NATO-ya qoşulmaması və nüvəsiz statusunun təsdiqini, habelə ölkənin demilitarizasiya və denasifikasiyasını tələb edib.

“Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətini işğal etməklə cavab verdi. Onun sponsorları olan ABŞ və digər NATO ölkələri Rusiyanı strateji cəhətdən məğlub etməyə çalışırlar. Bu şəraitdə Ukrayna üçün təhlükə aradan qalxana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa çarəmiz yoxdur”, – Lavrov bildirib.

Onun sözlərinə görə, Ukraynaya qarşı müharibə Rusiya üçün öz xalqının həyati əhəmiyyətli maraqları və təhlükəsizliyinin qorunması ilə əlaqəlidir. Üstəlik, o, şikayət edib ki, Moskva hər dəfə hamı üçün faydalı müqavilə imzalamağa hazır olanda Kiyev və sponsorları geri çəkilirlər. Lavrov buna misal olaraq BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi Minsk razılaşmalarını, həmçinin 2022-ci ildə baş tutan İstanbul (Türkiyə) görüşünü göstərib.

 

“Sülhün bərpası düşmənimizin planlarının bir hissəsi deyil. Zelenski Moskva ilə danışıqların qadağan edilməsi ilə bağlı fərmanını ləğv etməyib. Vaşinqton və onun NATO üzrə müttəfiqləri Kiyevə müharibəni davam etdirmək üçün siyasi, hərbi və maliyyə dəstəyi verir”, – Lavrov vurğulayıb.

Xarici işlər naziri xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli Qərb raketləri ilə Rusiya ərazisinin dərinliklərinə endirilməsinə icazənin verilməsi müzakirə olunur:

“Odla oynamaq təhlükəli nəticələrə səbəb ola bilər. Prezident Putinin söylədiyi kimi, biz Qərbdən gələn təhlükəni qavrayışımız əsasında müvafiq qərarlar qəbul edəcəyik. Nəticə çıxarmaq lazımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password