“İstisu” mineral suyu necə istehsal edilir?

 

Bir aya yaxındır ki, Azərbaycandakı marketlərin piştaxtalarını, dolayısı ilə süfrələrimizi Kəlbəcər rayonunda istehsal olunan məşhur “İstisu” mineral suyu bəzəyir.

İlk dəfə 1976-ci ildə istehsalına başlanılmış və o vaxtdan bəri nəinki Azərbaycanda və bütün SSRİ-də, ümumilikdə dünyada dadı, kimyəvi və fiziki keyfiyyətləri ilə məşhur olan, Çexiyadakı məşhur Karlovı Varı mineral suyu ilə müqayisə edilən “İstisu”nun keçmiş şöhrəti 30 illik fasilədən sonra yenidən özünə qaytarılıb.

2022-ci ildə təməli qoyulmuş “İstisu” mineral su zavodu bu il sentyabrın 2-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Zavodun direktoru Adil Haqverdiyev deyir ki, burada istehsal prosesi ən müasir avadanlıqlarla həyata keçirilir.

“SSRİ dövründə burada sutəmizləmə sistemi olmayıb və “İstisu” içindəki ağır metallarla birə istehsal olunub. Buna görə də, onu içmək üçün reseptlər və limitlər qoyulub. Bu, təbii bir hal idi. İndi isə biz suyun bütün faydalı minerallarını saxlayırıq və zərərli mineralları təmizləyərək gündəlük içmə limitini artırırıq. “İstisu” yüksək minerallı qazlı su olduğuna görə də bütün istehlakçıları nəzərə alaraq gün ərzində bu sudan 1 litrə qədər içməyi tövsiyyə edirik. Bunu həm də ona görə deyirik ki, çox az adam var ki, müntəzəm tibbi yoxlamalardan keçir və sağlamlığı haqqında məlumatlıdır. Sağlam şəxs 1 litrdən də çox bu suyu rahatlıqla içə bilər. Hansı ki alman balneoloq litr yarım da bu sudan istifadə edilə biləcəyini bildirir. Hər bir hala görə hamilə və laktasiya dövründəki qadınlara, eləcə də 7 yaşından kiçik uşaqlara tövsiyyə etmirik”, – deyə o qeyd edib.

A.Haqverdiyevin sözlərinə görə, “İstisu” mineral suyunun təmizləməsində əsas meyar suyun faydalı tərkibinə toxunmadan zərərli mineralları təmizləməkdir.: “Ümumiyyətlə Avropada mineral su istehsalçısına suyun təmizləmə prosesində fiziki və kimyəvi müdaxiləyə icazə verilmir. İstisna olaraq zərərli minerallardan sayılan dəmir, arsen, manqan və s. çıxarmağa icazə verilir. Bizim suyun təmizləmə sistemini məhz bu sahədə 51 illik təcrübəsi olan alman şirkəti qurub. Bu sistem Azərbaycanda yoxdur, dünyada da çox az istehsalçıda mövcuddur. Bizim suyun təmizlənmə prosesində suyun özü də alman mütəxəssisləri heyrətləndirib və indiyə qədər bu keyfiyyətdə su görmədiklərini bildiriblər. Suyumuzdakı hidrokorbanat, sulfat, natrium, xloridlər, kalsium, maqnezium və digər faydalı minerallar mənbədə olduğu formada qalıb. Bizim məqsədimiz dünya miqyasında qəbul edilən və istehlak edilə bilən yüksək keyfiyyətli mineral su istehsal etməkdir. Ona görə həm suyumuzun təmizlənməsini, ümumiyyətlə zavodun istehsal proseslərinin yerli və beynəlxalq standartlara uyğun həyata keçiririk. Zavodumuz AZS 216–2006, ISO 9001:2015, ISO 22000:2018 üzrə sertifikatlaşdırılıb”, – deyə direktor vurğulayıb.

Türkiyənin Kurort Tibbi və Balneologiya Assosiasiyasının sədri, professor Müfit Zəki Karagüllə isə deyir ki, mineral sular öz mənbələrinin zənginliyi ilə fərqlənir: “Kəlbəcərin unikal zəngin təbiəti “İstisu”ya öz töhvəsini verib. Su təbii olaraq 60°C-dən yüksək temperaturda çıxır və və bu dərəcədə istilik mineralların suda daha rahat həll olmasına kömək edir. İstisu bənzərsiz bir sudur. Çünki heç bir mineral suda olmayan faydalı tərkibə məxsusdur. İçindəki mineralların hər biri sağlamlığa ciddi müsbət təsir edir. Hər insanın gündəlik mineral qəbul etmə norması var. Bir çox suları içməklə siz sadəcə susuzluğunuzu yatırırsınız, amma “İstisu” həmin gündəlik normanı rahatlıqla qarşılamağa kömək edir. Qida və sağlamlıq haqqında araşdırmalar onu göstərir ki, ən çox mineral itkisini qarşılayan mineral sulardır. “İstisu” həm sizin susuzluğunuzu yatırdır, həm də itirdiyiniz mineralların bərpasına kömək edir. Bundan əlavə, “İstisu” mineral suyunun istehsalı zamanı faydalı minerallar – mənbədəki unikal xüsusiyyət qorunur”.

“İstisu”nun faydası hələ 1900-cü illərin əvvələrindən məlum idi. 1976-cı ildə istehsala başlayanda artıq dövrün balneoloqları rəylərini verib. Biz də öz növbəmizdə həm xam suyumuzun, həm də istehsal prosesindən keçən məhsulumuzun tərkib göstəricilərini ən mötəbər beynəlxalq laboratoriyalarda yoxlatdırdıq. Bunlardan “SGS Institut Fresenius GmbH” analiz nəticələrini həm Almaniyada, həm də Türkiyədə söz sahibi balneoloqlara göndərdik. Onların hazırladığı hesabatlar elmi məqalə dəyərindədir. Yəni burda suyun tərkibinin insana necə faydalı olduğu elmi və təcrübə faktlarla göstərilir. Biz onların videolarını xalqımızla da bölüşəcəyik. Bu faktlar hər bir vətədaşımız üçün qurur mənbəyidir. Həqiqətən də bu suyun tayı bərabəri yoxdur və bizə imkan verəcək ki biz Azərbaycan məhsulunu dünyanın məhşur suları arasında tanıdaq və onun üstünlüyünü vurğulayaq”, – deyə professor əlavə edib.

Təbii mineral su “İstisu” fizioloji, metabolik və bir sıra faydalı xüsusiyyətlərə malikdir:

– İçildiyi andan ifraz olana qədər bütün organlara faydası var;

– mədə-bağırsaq funksiyasını yaxşılaşdırır;

– həzm prosesini və turşu-qələvi balansını normallaşdırır;

– metabolizmə kömək edir və nəticədə artıq çəki problemlərinin həllində kömək edir;

– şəkərli diabetdə şəkər səviyyəsini normallaşdırmağa kömək edir;

– böyrəklərdə və sidik kisəsində daşların yaranmasının qarşısını alır;

– qəbizlik və qıcıqlanmış bağırsaq sindromuna qarşı faydalıdır;

– öd kisəsi və kanallarının funksionallığını normallaşdırmağa kömək edir;

– sümüklərin sağlamlığını dəstəkləyir;

– podaqranın və oynaq ağrılarının kəskinləşməsinə mane olur;

– ürək-damar xəstəlikləri və hipertenziya riskini azaldır;

– qan təzyiqini normallaşdırır;

– maye və elektrolit balansını tənzimləyir, optimal hidratasiya səviyyəsini qoruyur;

– fiziki fəaliyyətdən sonra mineralların bərpasına kömək edir;

– yaşlanma prosesini ləngidir;

– antioksidant xüsusiyyətlərə malikdir

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password