ABŞ-dan atəşkəs planı – Bu gün açıqlana bilər

 

ABŞ İsrail və Hizbullah arasında müvəqqəti atəşkəs planı hazırlayır, bu gün açıqlana bilər.

Bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, Bayden administrasiyasının diplomatik təşəbbüsü Livandakı münaqişənii dayandırmaq, Qəzzada girov və atəşkəs danışıqlarını davam etdirmək məqsədi daşıyır.

Məqsəd daha geniş müharibənin qarşısını almaq üçün daha böyük diplomatik razılaşma üzrə danışıqlara yer verəcək fasiləyə nail olmaq, köçkün mülki şəxslərin sərhədin hər iki tərəfindəki evlərinə qayıtmasına imkan yaratmaq və Qəzza zolağında atəşkəs və girovlarla bağlı razılaşmaya yeni sürət verməkdir.

Bildirilib ki, daha əhatəli atəşkəs üçün zəmin hazırlamaq hədəflənir.

Atəşkəs planı ötən bazar ertəsi ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında telefon danışığından sonra başlayıb.

ABŞ son iki gündə Fransa, İsrail, Livan və bəzi digər ərəb dövlətləri ilə müvafiq planla bağlı fikirlərini müzakirə edib.

İsrail rəsmisinin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu planı müzakirə etmək üçün “yaşıl işıq” yandırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password