Türkiyənin həmləsi İranın planını pozdu – Dərhal Pezeşkianı hərəkətə gətirdilər

 

İranın yeni prezidenti Məsud Pezeşkian üçgünlük səfər proqramı ilə İraqa gəlib. Bu, onun İran prezidenti kimi ilk xarici səfəridir.

Bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

“Bu, yeni prezident üçün tarixi səfərdir. Pezeşkian Bağdada iqtisadi və digər məsələlərlə məşğul olan böyük bir nümayəndə heyəti gətirib. Bu, İraqı Tehranın gündəliyinə və ölkə iqtisadiyyatına yaxınlaşdırmaq məqsədinin bir hissəsidir.

İranın İraqa böyük təsiri var. Onun İraqda “Xalq Səfərbərlik Qüvvələri” adlanan çoxsaylı yaraqlıları yerləşib. Bu bölmələrə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan “Kətaib Hizbullah” kimi qruplaşmalar daxildir. Bu qruplar tez-tez bölgədəki ABŞ hərbçilərinə hücum edirlər. Məsələn, “Kətaib Hizbullah” yanvarda İordaniyada ABŞ hərbçilərini hədəfə alaraq üç amerikalını öldürmüşdü. Bu qruplar həmçinin kamikadze dronları ilə İsraili hədəfə alırlar”, – məqalədə deyilir.

İsrail nəşri bildirir ki, İraq baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşü planlaşdırılan Pezeşkian həmçinin bu ölkədə yerləşən müxtəlif şiə ziyarətgahlarına baş çəkəcək. İran lideri İraqın cənub bölgələri, o cümlədən Bəsrə və Şimali İraq Kürd Muxtariyyətinə də səfər edəcək.

“İranın İraqdakı səfiri bu yaxınlarda kürd muxtariyyətini təhdid edib. O, İsrailin İranı təhdid etmək üçün Şimali İraqdan istifadə etdiyi iddiasını irəli sürüb. İran əvvəllər də bu iddia ilə çıxış edib. Adətən belə iddialardan sonra İran kürd bölgəsini PUA-larla hədəfə alır.

Bundan əlavə, İran İraqın şimalında yerləşən kürd qruplarına hərbi güc tətbiq etməklə hədələyib. Bu illər ərzində İrandan bir çox kürd İraqa qaçıb. Onların İran və İraqda molla rejiminə müqavimət göstərən siyasi partiyaları var. İran bu qrupların ofisləri və Şimali İraqdakı bazalarının bağlanmasını istəyir”, – nəşr yazır.

 

“Yerusəlim Post” İranın Ermənistanla bağlı planlarına da diqqət çəkib: “Pezeşkianın səfəri İranın Səudiyyə Ərəbistanı və regionun digər dövlətləri ilə diplomatik barışıq və əlaqələri möhkəmləndirməyə çalışdığı bir vaxta təsadüf edir. İran həmçinin Ermənistan və Serbiya da daxil olmaqla bir sıra digər ölkələrlə də əlaqələrin genişləndirilməsini müzakirə edir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password